İnsanlar dağlıq və meşəlik ərazilərə axın edir - VİDEO
Azərbaycanın dağlıq ərazilərinə səfər edənlərin sayı çoxalıb.
Valyuta.az-ın Xezerxeber.az-a istinadən verdiyi məlumata görə, həm havalar isti keçdiyindən, həm də karantin rejimi çərçivəsində müəyyən yumşaldılmalar tətbiq edildiyindən sərinləmək üçün dağlıq ərazilərə üz tutatnların sayı artıb.
Təbii bulaqlar, sıx meşələr insanların rahat istirahəti üçün əvəzolunmaz məkana çevrilib.
İnsanların istirahət məkanı kimi seçdiyi ərazilərdən biri də Tovuzun Əsrik dərəsidir. İnsanlar xüsusən həftəsonları bura üz tutaraq dincəlirlər.
Əraziyə gələn turistlərə təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı müəyyən tapşırıqlar verilir. Çünki isti havalarda adi bir məsuliyyətsizlik yanğına səbəb ola bilər.
İstirahət məkanlarında insanların əməl etməli olduğu qaydalarla bağlı lövhələr də yerləşdirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay