Turizm
28.06.2021 / 11:52
Zəngəzur dəhlizi bu ölkələrin ticarət və turizm əlaqələrini möhkəmləndirəcək - EKSPERT
14676
“Zəngəzur dəhlizinin yaradılması regionun bütün ölkələri, o cümlədən Ermənistan üçün böyük imkanlar yaradacaq”.
Valyuta.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı analitiki, ekspert Orxan Bağırov deyib.
Onun sözlərinə görə, bu dəhlizin yaradılması Ermənistan üçün ən iri ticarət tərəfdaşı olan Rusiya bazarına birbaşa çıxış imkanı verəcək:
“Həmin dəhliz Türkiyə və Yaxın Şərq ölkələri üçün alternativ marşrut qismində xidmət edə bilər. Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ticarət və turizm əlaqələrini möhkəmləndirməyə kömək edəcək. Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycan üçün ən vacib cəhəti isə Naxçıvanla əlaqələrin açılması olacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay