Türkiyə və Rusiya vətəndaşları üçün: Sabahdan hava yolu ilə giriş-çıxış olacaq
Sabahdan Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə ölkəyə giriş-çıxış edə biləcəklər.
Valyuta.az xəbər verir ki, bu haqda Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov özünü “Facebook” səhifəsind bildirib.
V.Hüseynov qeyd edib ki, bu halda yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportu (tam peyvənd olunmasını və ya sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsi, yaşı 18-dən aşağı olan şəxslərdən isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi tələb olunur.
“Quru yolu ilə ölkəyə giriş-çıxışa olan məhdudiyyətlər aradan qaldırılmadığı üçün müvəqqəti olma müddəti 60 gün uzadılmış (müvafiq dövlət rüsumu ödənilməklə) əcnəbilərin ölkəni tərk etməsi tələb olunmur”, - deyə DMX rəisi vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay