Turizm Kompleksi bölgənin əhəmiyyətin daha da artırır - Fuad Nağıyev
“Konsepsiya ondan ibarətdir ki, kompleksin binası yuxarıdan krater kimi görünəcək”.
Valyuta.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təməl qoyma mərasimində bildirib.
Prezident İlham Əliyev qarşısında qısa məruzə ilə çıxış edən Fuad Nağıyev, eyni zamanda, burada emalatxananın da fəaliyyət göstərəcəyini söyləyi.
Burada uşaqlar üçün dərslər keçiriləcəyini deyən Agentlik sədri qeyd edib ki, burada həmçinin sərgi zalı və kafe də olacaq.
Fuad Nağıyev kompleksin üstünlükləri barədə də məlumat verib:
““Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri var. Yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan “Torağay”a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər buranın turistik önəmini daha da artırır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay