Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində yeni əməkdaşlıq – MÜQAVİLƏ
Türkiyə Turizm Agentlikləri Dərnəyi (TÜRSAB) ilə Azərbaycan Turizm Agentlikləri Assosiyasiyası arasında birgə əmakdaşlığa dair müqavilə imzalanıb.
Valyuta.Az Sondakika.com-a istinadən xəbər verir ki, TÜRSAB sədri Firuz Bağlıkaya müqavilənin əhəmiyyəti barədə açıqlama verib.
Azərbaycanın dünya turizm bazarlarında çox böyük əhəmiyyətə malik olduğunu deyən F.Ballıkaya, pandemiyadan əvvəl təxminən 1 milyon azərbaycanlının Türkiyəyə səyahət etdiyini açıqlayıb. Həmçinin qeyd edib ki, qlobal karantin elan olunduqdan sonra onların sayında ciddi dərəcədə azalma baş verdi.
O əlavə edib ki, bağlanan bu yeni müqavilə ilə qarşıdakı illərdə hər iki ölkə arasında turizm sahəsində əməkdaşlıq daha sıx şəkildə inkişaf edəcək və bu, ölkələrimizə turist axınına səbəb olacaq.
Qeyd edək ki, keçirilən tədbirdə TÜRSAB rəhbəri Firuz Bağlıkaya, ATAA rəhbəri Rüfət Hacıyev və digər rəsmilər iştirak ediblər.
Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay