"1 milyon azərbaycanlı Türkiyəyə axacaq" - Türkiyə mətbuatı
Türkiyə və Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etmələri barədə razılaşma qardaş ölkədə böyük rezonans doğurub. Artıq Türkiyənin turizm şirkətləri "Azərbaycandan 1 milyon azəri gözləyirik" deyə bildiriblər.
"Sabah" qəzeti xəbər verir ki, TÜROFED rəhbəri Sururi Çorabatır xüsusilə İstanbuldakı otellərin rezervasiyasının sürətləndiyini bildirib.
Azərbaycandan Tükiyəyə turis gətirməklə ixtislaşan Kamran Bağıyev turist sayının 1 milyona çatacağına ümid etdiklərini bildirib.
Azərbaycanlıların alış-veriş turizminə böyük töhfə verdiyini açıqlayan Bağıyev, "Xüsusilə Avropaya gedə bilmədikləri üçün İstanbula böyük bir tələbat var. Azərbaycanlılar adambaşına tək alış-veriş üçün ən azı 1000 dollardan çox pul xərcləyirlər" deyib. //milli.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay