Texno
30.03.2021 / 12:24
“Xiaomi” smartfonları artıq Türkiyədə istehsal olunacaq
9889
Çinin nəhəng “Xiaomi” şirkəti bu gün İstanbulda yeni mərkəzlə istehsala başlayır.
Valyuta.Az Webtekno.com-a istinadən xəbər verir ki, 14 hektarlıq ərazidə yaradılan zavod 1 ildə 5 milyondan çox smartfon istehsal edə biləcək.
2 mindən çox işçinin çalışacağı bu zavodda istehsal olunan smartfonlar təkcə yerli bazarda deyil, həmçinin Avropada da satışa çıxarılacaq.
Zavodun açılışına “Xiaomi” şirkətinin rəhbəri Sou Zi Çev və şirkətin ortağı olan “Salcomp”-un Avropa üzrə direktoru David Çanq kimi səlahiyyətli şəxslər də qatılacaq.
Sözügedən məsələylə bağlı açıqlama verən Türkiyənin Maliyyə naziri Lütfi Elvan, zavodun fəaliyyətinin ölkəyə çoxsaylı dividentlər gətirəcəyini vurğulayıb.
Kamran Xəlil
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay