Texno
26.03.2021 / 09:12
"LG" şirkəti smartfonların istehsalını dayandıra bilər
9708
Cənubi Koreyanın “LG” şirkəti ağıllı telefonların (smartfon) istehsalını dayandıra bilər.
Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verir.
Məlumata görə, “LG”nin bu ilin fevral ayından çevik ekranlı telefonlarının inkişafını dondurub. Növbəti qərar şirkətin ilin birinci yarısında planlaşdırılan yeni smartfonların təqdimatını təxirə salması oldu.
İnsayderlər "LG"nin Vyetnam konqlomeratı "Vingroup" və avtomobil istehsalçısı "Volkswagen AG" ilə zərərsiz smartfon istehsalı və satışına dair danışıqlar apardığını, ancaq danışıqların uğursuz olduğu ortaya çıxıb.
"LG"nin son yüksək profilli inkişafı Rollable smartfonudur. Layihə CES 2021-ci ildə təqdim olundu və mənbələrə görə bu smartfonun sertifikatlaşması başlayıb. //Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay