ABŞ hökumətindən “Huawei” cihazlarına yeni sanksiya
Trampdan sonra Co Bayden də Çinin nəhəng Huawei şirkətini hədəf alan sanksiya paketini qəbul edib.
Valyuta.Az xəbər verir ki, Bayden hökuməti bu həftə Huawei şirkətinin satışlarına dair lisenziya qərarlarını dəyişərək 5G cihazları ilə istifadə edilə biləcək məhsulların satışı və tədarükünə yeni məhdudiyyətlər tətbiq edib. Mütəxəssislərin fikrincə, bu qərar xüsusən də şirkətin 5G şəbəkəsi ilə təmin olunmuş cihazlarının satış həcmində azalmaya səbəb olacaq.
Qeyd edək ki, bu addımlar Bayden rəhbərliyinin ABŞ-ın milli təhlükəsizlik narahatlığı səbəbiylə qara siyahıya aldığı Huawe-nin ixracatına olan sərt yanaşmasının daha da gücləndiyini göstərir. Huawei şirkətindən isə məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verilməyib.
Kamran Xəlilov
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay