Texno
11.03.2021 / 15:06
"YouTube" blogerlərindən vergi tutula bilər
8907
“Google” korporasiyası 2021-ci ilin iyun ayından etibarən “YouTube”da bloger fəaliyyəti ilə məşğul olanların gəlirlərindən vergi tutmaq niyyətindədir.
Bu barədə korporasiyanın blogerlər arasında yayılan açıqlamasında bildirilir.
Bu, vergi qanunvericiliyindəki dəyişikliklə əlaqədar ABŞ hökumətinin cari ilin iyun ayından etibarən ölkə xaricindəki müəlliflərdən vergi tutulması tələbinə aiddir.
“Google” çıxılması lazım olan vergi məbləğini təyin etmək üçün 31 may tarixinədək “Adsense”ə müvafiq vergi məlumatlarını göndərməyi xahiş edir.
“Vergi məlumatlarınız 31 may 2021-ci il tarixinədək verilməzsə, “Google” sizdən qlobal “YouTube” gəlirinizin 24%-dək vergi qismində tutmağı tələb edə bilər”, - açıqlamada deyilir. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay