Belçika "Apple" şirkəti barəsində "qan mineralları" iddialarını araşdırır
Belçika hakimiyyəti “Apple” ilə bağlı araşdırmaya başlayıb.
Valyuta.az "Financial Times"a istinadən xəbər verir ki, prokurorlar Konqo Demokratik Respublikasının (DRC) Amerika şirkətinin öz məhsullarında "qan mineralları"ndan istifadə etməsi ilə bağlı iddialarını araşdıracaqlar.
Dekabr ayında Konqo Fransa və Belçika məhkəmələrində "Apple"a qarşı cinayət işi açaraq, şirkəti Konqoda qeyri-qanuni qazılmış minerallardan qul əməyi və zorakılıqla istifadə etməkdə ittiham edib.
Konqonu təmsil edən vəkillər bildiriblər ki, Belçika prokurorluğu keçən həftə "Apple"ın təhqiqatına nəzarət etmək üçün müstəntiq hakimi təyin edib və iş üzrə həbs qərarı, telefon dinləmələri və axtarışlara cavabdehdir.
"Bu, ittiham tərəfinin bu işə çox ciddi yanaşdığını göstərən ilk addımdır", deyə Belçikadakı işdə Konqonu təmsil edən vəkil Kristof Markand bildirib.
O qeyd edib ki, Fransa hakimiyyəti hələlik analoji iddia ilə bağlı qərar verməyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay