Çinin insanabənzər robotları "iPhone" zavodlarında işləyəcək
İnsanabənzər robotların və robot itlərin istehsalı üzrə ixtisaslaşan Çinin "UBTech" şirkəti Amerika şirkətinin qadcetlərinin yığıldığı "Apple" və "Foxconn" şirkətləri ilə əməkdaşlığa başladığını elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Tech In Asia" (TIA) portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, "Foxconn" zavodunda 2024-cü ilin payızında təqdim olunacaq "Walker S1" robotlarından istifadə olunacaq. Onların "iPhone ə" istehsalı üçün konveyer xətlərində istifadə ediləcəyi gözlənilir. "UBTech" hazırda bu humanoidlərə prsesi öyrədir.
"Apple" çox güman ki, "Walker S1" robotlarından materialların idarə edilməsi kimi logistik tapşırıqlar üçün istifadə edəcək. Eyni zamanda, robotlar komponentlərin yığılması və çeşidlənməsi, eləcə də qablaşdırmanın keyfiyyətinə vizual nəzarət daxil olmaqla daha mürəkkəb əməliyyatları yerinə yetirməyə qadirdir.
"Walker S1" robotunun ən son sənaye versiyasının hündürlüyü 1,7 metr, çəkisi isə 76 kq-dır. Robot yeni nəsil "Fusion" idarəetmə alqoritmləri ilə təchiz edilib ki, bu da ona zavod sistemi ilə qarşılıqlı əlaqədə olmağa, istehsal xəttinin vəziyyəti haqqında məlumatları qəbul etməyə və toplanmış məlumatları real vaxt rejimində ötürməyə imkan verir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay