"MIT"in yeni süni arıları - "Euronews"
Arılar başda olmaqla, həşəratların sayının azalması bitkilərin tozlanması prosesini təhlükə altına sala bilər. Bu vəziyyət Yer üzündəki canlıların həyatına ciddi təhlükə yarada bilər.
Valyuta.Az xəbər verir ki, Massachusetts Texnologiya İnstitutunun ("MIT") alimləri, həşərat populyasiyalarının sürətlə azalması səbəbilə kiçik uçan robotlar hazırlayıblar.
Araşdırmalar göstərir ki, həşərat populyasiyalarındakı azalma yaxın gələcəkdə qlobal ərzaq ehtiyatlarının üçdə birini risk altına ata bilər.
Bu böhrana qarşı ən effektiv həll yolu, həşəratların həyatını təhdid edən ekoloji pozuntuları azaltmaq və iqlim böhranını geri çevirməkdir. Bununla yanaşı, mühəndislər əlavə tədbir olaraq həşərat ölçüsündə uçan robotlar hazırlamaq üzərində işləyirlər.
Bu yaxınlarda "MIT" tədqiqatçıları əvvəlki modellərlə müqayisədə daha çevik və 100 dəfə daha uzun müddət uça bilən yeni bir robot həşərat təqdim ediblər. Qanad çırparaq hərəkət edən bu robot, havada cüt salto kimi mürəkkəb akrobatik manevrlər də edə bilir.
Layihəyə rəhbərlik edən tədqiqatçı Kevin Çen bildirib: "Göstərdiyimiz uçuş müddəti, ehtimal ki, bu sahədə indiyə qədər əldə edilən ən uzun uçuş müddətidir. Bu robotun təkmilləşdirilmiş ömrü və dəqiqliyi sayəsində tozlanma prosesinə kömək etmək kimi çox həyəcanverici tətbiqlərə yaxınlaşırıq."
"Singularity Hub"da yayımlanan məlumata əsasən, yeni dizayn cəmi 750 milliqram ağırlığındadır və hər biri karbon lifli gövdə, elektriklə işləyən süni əzələlər və qanadlardan ibarət modullardan təşkil olunub.
Robotun saniyədə orta hesabla 35 santimetr sürətlə uça bildiyi və təxminən 17 dəqiqə havada qala bildiyi vurğulanıb. Bu, indiyə qədər məlum olan ən sürətli robot həşəratdır.
Kevin Çen əlavə edib: "Bu sahədəki digər robotlardan 100 dəfə daha uzun uçuş nümayiş etdirdik. Buna görə də bu, olduqca həyəcanverici bir nəticədir."
Hazırda nazik bir kabel ilə işləyən robotlar sərbəst hərəkət edə bilmir. Lakin tədqiqatçılar qanad sayını azaltmaqla gövdəyə batareya, sensor və digər elektronikalar yerləşdirmək üçün yer açmağı planlaşdırırlar.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay