161 il əvvəl süni intellektin təhlükəsini proqnozlaşdıran çoban: "Biz onlara hər gün daha çox güc veririk"
Sürətlə inkişaf edən süni zəka texnologiyası böyük potensiala sahib olsa da, gətirdiyi narahatlıqlar getdikcə artır. Texnologiyanın şüur qazanması və insanları idarə etməsi kimi senarilər yalnız bu gün deyil, keçmişdə də insanlığın qorxuları arasında yer alıb. Yeni Zenlandiyalı bir çobanın 1863-cü ildə qəzetdə nəşr olunan məktubunu bu narahatlığın ən qədim nümunələrindən biri kimi hesab etmək olar.
Valyuta.az 161 il əvvəl süni zəka təhlükəsini öncədən görən çobanın yazdıqlarını təqdim edir:
1863-cü il iyunun 13-də Kristçörçdə “The Press” qəzetində dərc olunan məktubda göstərilir ki, bu gün məşhur olan süni intellektlə bağlı narahatlıq hələ 161 il əvvəl ictimaiyyətin şüurunda mühüm yer tuturdu.
"İnsanlar aşağı irq mövqeyində olacaq"
Məktubun müəllifi, yeni zenlandiyalı çoban Samuel Butler “Cellarius” təxəllüsü ilə qəzet vasitəsilə ictimaiyyətlə paylaşdığı məqaləsində maşınların zamanla şüurlu olacağını və insanı əvəz edə biləcəyindən narahatlığını ifadə edib. Məşhur bioloq Çarlz Darvinin təkamül nəzəriyyəsi ilə maşınların sürətlə inkişaf edən təbiəti arasında paralellik aparan Butler xəbərdarlıq edir ki, maşınlar idarəetməni ələ keçirə bilər və insanlar aşağı irq kimi müəyyənləşə bilər.
"Öz-özünə hərəkət etmək gücü"
Butler məqaləsində qeyd edib ki, varislərimizi biz özümüz yaradırıq. Onlara hər gün daha çox özlərini inkişaf etdirmə, hər növ yaradıcılıqla özlərini tənzimləmə və öz güclərinə hərəkət etmə gücü verəcəyik ki, bu da insanların nə qədər zəkalı olduğunun sübutudur.
"Texnologiya insanlara nəzarət edəcək"
Məktubda o da qeyd olunub ki, bu texnologiyalar əvvəlcə insanlara köməkçi "baxıcılar" olaraq səhnəyə çıxacaqlar. Lakin daha sonra insanların bu texnologiyalardan asılı hala gələcəyi gözlənilir. Butler insan-texnologiya əlaqəsini ev heyvanları ilə olan münasibətə bənzədib, amma gələcəkdə maşınların bu tarazlığı tərsinə çevirib, insanları nəzarət altına alacağına diqqət çəkib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay