"Apple Watch" kəmərlərində xərçəng riskini artıran maddələr aşkarlandı
Alimlər məşhur ağıllı saatlar və fitnes-trekerlər üçün nəzərdə tutulan silikon kəmərlərda yüksək konsentrasiyalarda toksik "əbədi kimyəvi maddələr" olan PFAS (perfloroalkil və polifloroalkil birləşmələr) aşkarlayıblar.
Valyuta.az xəbər verir ki, bbarədə "Environmental Science & Technology Letters" jurnalında dərc edilmiş tədqiqatda məlumat verilib.
"Android Authority" (AA) platformasının yaydığı məlumata görə, bir çox kəmərlərin istehsalında istifadə edilən flüorelastomer, perfloroheksan turşusu (PFHxA) ehtiva edir.
Tədqiqat çərçivəsində müxtəlif markalara və qiymət kateqoriyalarına aid 22 kəmər nümunəsi yoxlanılıb. Bu nümunələrdə PFHxA konsentrasiyası təxminən 800 milyarddan biri (ppb) olub, bəzi hallarda isə bu rəqəm 16,000 ppb-ni keçib. Müqayisə üçün, ABŞ-ın Miçiqan ştatında içməli su üçün PFHxA-nın maksimal icazə verilən konsentrasiyası 400 ppb-dir.
Alimlər xəbərdarlıq edirlər ki, PFAS dəridən keçərək insan orqanizminə daxil ola bilər, xüsusilə də intensiv idman zamanı, tərləmə prosesi sürətləndikdə. Araşdırmanın baş müəllifi, Notr-Dam Universitetinin fizik alimi Qraham F. Pizli, idman və fitnes üçün xüsusi hazırlanmış kəmərlərdə PFHxA konsentrasiyasının gözlənilməz dərəcədə yüksək olduğunu qeyd edib.
PFAS maddələri xərçəng xəstəlikləri və autoimmun problemlər daxil olmaqla ciddi sağlamlıq riskləri ilə əlaqələndirilir.
"Apple", "Huawei", "Samsung" və "Google" kimi istehsalçılar flüorelastomer materialından suya davamlılıq və davamlılıq xüsusiyyətlərinə görə istifadə edirlər. Lakin aşkar edilmiş risklər nəzərə alınaraq, alimlər istehlakçıları alternativ materiallardan hazırlanmış kəmərlərə üstünlük verməyə çağırırlar. Alternativ materiallar suya qarşı müqavimət baxımından zəif ola bilsə də, PFAS ilə bağlı sağlamlıq riskləri bu seçimləri daha təhlükəsiz edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay