Üç populyar "iPhone" modeli satışdan erkən çıxarıldı
"Apple" Avropa İttifaqının yeni qanunvericiliyinə uyğun olaraq "iPhone 14", "iPhone 14 Plus" və "iPhone SE" (2022) modellərinin Avropadakı rəsmi mağazalardakı satışını dayandırıb. Əslində, bu modellərin satışda qalması 17-ci seriyanın buraxılışına qədər planlaşdırılmışdı.
Valyuta.az xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.
Qeyd olunan "iPhone" modellərində "Lightning" portunun mövcudluğu əsas səbəbdir. 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqında yeni qaydalar qüvvəyə minəcək. Bu qaydalara əsasən, istehsalçılar yalnız USB-C portuna malik olan smartfonları satışa çıxara bilərlər.
Apple artıq USB-C portuna malik iki yeni "iPhone" seriyası təqdim edib və aksesuarlarını da yeniləyib. Lakin köhnə modellər hələ satışda idi. Şirkət bu modelləri yeni port ilə təkrar istehsal etməyi planlaşdırmır və sadəcə onların satışını dayandırmağı qərara alıb.
"iPhone" modelləri ilə yanaşı, USB-C portuna malik olmayan bəzi "Magic-aksesuarlar" da Avropa bazarından çıxarılıb. Bununla belə, Avropa İttifaqından kənar bazarlarda, məsələn, ABŞ-da "iPhone 14" və SE (2022) modellərinin satışı davam edir. Ekspertlər qeyd edir ki, bu cihazların sayı azaldıqca qiymətləri də yüksələ bilər.
2025-ci ilin yazında USB-C portuna malik yeni "iPhone SE" modeli təqdim ediləcək. Bu cihazın "iPhone 14"ün dizaynını mənimsəyəcəyi, lakin "iPhone 16" prosessoru ilə təchiz ediləcəyi gözlənilir.
Payızda isə "iPhone 17" seriyası təqdim olunacaq. Şayiələrə görə, bu model xətti son illərin ən maraqlı yeniliklərindən biri olacaq. Xüsusilə, "iPhone 17 Air" modeli diqqət mərkəzindədir. Bu modelin ultra nazik dizayna malik olacağı və fiziki SIM kart yuvasının olmayacağı bildirilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay