Ölüm tarixini proqnozlaşdıran süni intellekt yaradıldı
Tədqiqatlara görə, süni intellekt ölüm tarixini təxminən 80% dəqiqliklə proqnozlaşdıra biləcək.
Valyuta.az xəbər verir ki, bu barədə məlumat “Nature Computational Science” (NCS) jurnalında dərc olunub.
ABŞ, İsveçrə və Danimarkadan olan alimlərin iştirak etdiyi araşdırmada "life2vec" adlandırılan süni intellekt sistemi təqdim edilib. Bu sistem insanın sağlamlıq vəziyyəti və həyat tərzi haqqında mövcud məlumatları analiz edərək onun ömrünün təxmini müddətini hesablaya bilir.
Lakin etik məsələlərlə bağlı narahatlıqlar səbəbindən layihənin inkişafı müvəqqəti olaraq dayandırılıb. Alimlərin sözlərinə görə, layihənin əsas məqsədi süni intellekt texnologiyasının potensial imkanlarını nümayiş etdirmək olub.
Bununla yanaşı, ABŞ-da tanınmış iş adamı və milyarder İlon Mask bildirib ki, süni intellekt onilliyin sonuna qədər insan zəkanını üstələyə bilər. Onun sözlərinə görə, 2025-ci ilə qədər süni intellektin hər bir insanın intellektindən üstün olması mümkündür. Mask həmçinin dekabr ayında “Aurora” adlı realist təsvirlər yaradan öz süni intellekt sistemini təqdim edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay