BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7752
  • RUB
    1.6516
  • TRY
    0.0483
  • GBP
    2.1387
62020

Bioloji neyronların iş prinsiplərini təqlid edən lazer əsaslı süni neyron hazırlanıb.

Valyuta.az xəbər verir ki, Çin alimləri süni intellekt texnologiyalarında yeni era açıb.  

Bu yenilik məlumatları bioloji neyronlardan bir milyard dəfə daha sürətli emal etməklə süni intellektin sürət və səmərəlilik hədlərini yenidən müəyyənləşdirir.

Çinli tədqiqatçılar bioloji neyronların funksiyalarını təqlid edən və məlumatları təbii analoqlarından milyard dəfə tez emal edə bilən lazer əsaslı süni neyron hazırlayıblar.

Tədqiqat qrupunun lideri Chaoran Huang deyib ki, onların lazer neyronu mövcud fotonik neyronların sürət həddini aşaraq daha sürətli işləmə potensialına malikdir.

Bioloji və süni neyronların funksiyası

Bioloji neyronlar iki əsas funksional tipə ayrılır: dərəcəli və dalğavari. Dərəcəli neyronlar siqnalları dəqiq və davamlı şəkildə işləyərkən, dalğavari neyronlar "ya hər şey, ya da heç nə" prinsipi ilə işləyir. Lazer əsaslı yeni neyron, dərəcəli neyronların işləmə tərzini təqlid edən bir mexanizm ilə çalışaraq üstün sürət və düzgünlük təmin edir.

Bir saniyədə milyonlarla əməliyyat

Lazer neyronu çip əsaslı kvant lazer texnologiyasından istifadə etməklə hazırlanıb və siqnalları saniyədə 10 giqabit sürətlə emal etmək qabiliyyətinə malikdir. Bu təsirli texnologiya bir saniyədə 100 milyon ürək döyüntüsünü və ya 34,7 milyon rəqəmsal əlyazma şəklini emal etməyə qadirdir.

Tədqiqatçılar bu sürət sayəsində süni intellekt tətbiqlərinin daha effektiv və çox yönlü istifadə oluna biləcəyini bildirirlər.

Süni zəkada istifadə sahələri

Bu texnologiya enerji səmərəliliyini təmin edəcək və süni intellektin qərar qəbul etmə proseslərini sürətləndirəcək. Lazer əsaslı neyronlarla hazırlanmış rezervuar hesablama sistemi ürək ritminin pozulmasını 98,4% dəqiqliklə aşkar edə bilir. O, həmçinin şəkilləri təsnif etmək kimi mürəkkəb tapşırıqlarda da üstündür. Chaoran Huang deyib ki, tək bir lazer əsaslı neyron kiçik bir neyron şəbəkəsi kimi çıxış edə bilər.

Çinli alim qeyd edib ki, birdən çox lazer neyronunu bir araya gətirməklə, süni intellekt sahəsində milyardlarla neyronla bioloji beynin yaratdığı şəbəkəyə bənzər bir şəbəkə yaradıla bilər. Tədqiqat qrupu lazer əsaslı neyronların sürətini daha da artırmağı və çoxsaylı lazer neyronlarını birləşdirərək dərin rezervuar hesablama arxitekturasını inkişaf etdirməyi hədəfləyir. Real vaxtda qərar vermə və enerji səmərəliliyi tələb edən süni intellekt tətbiqlərində inqilab edəcəyi gözlənilən bu texnologiya səhiyyədən istehsalata, maliyyə sektorundan avtomatlaşdırmaya qədər müxtəlif sahələrdə istifadə edilə bilər. 

Elm dünyası lazer əsaslı süni neyronların qarşıdakı dövrdə gətirəcəyi yenilikləri səbirsizliklə gözləyir.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank "Magic Povvder"i nədə ittiham edir?

Çinlə ABŞ arasında "çip müharibəsi" davam edir

Sosial Xidmətlər Agentliyinin 2, 3 milyonluq tenderi ləğv edildi

Trampın yaratdığı yeni böhran: "Panama kanalı" və tarixi - "Bloomberg"

"Belarus Ticarət Evi" QSC inzibati məsuliyyətə cəlb edilib

"ABC-Telecom" məhkəmə qarşısında

Hindistan neft emalı zavodları Rusiya neftini əvəz edəcək variantlar axtarır

"xAI", investorlarından 6 milyard dollar topladı

Səhiyyənin Təminatı Mərkəzi 1,8 milyonluq mebel alacaq

BOKT məhkəməyə verilib

"Səhmləriniz ucuzlaşanda axmaq qərarlar verəcəksinizsə, ümumiyyətlə almayın" - Baffetin zamansız məsləhəti

Yanvarın 1-dən "WhatsApp" 19 smartfon modelində işini dayandıracaq

"Star Park" cərimələnə bilər

94 yaşlı Baffet 2025-ci ilə rekord məbləğdə nağd pulla girir

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

"Azərbaycan Dəmir Yolları" "ATEF"i niyə məhkəməyə verib?

Dünyanın ən böyük çip istehsalçısı TSMC rekord qırdı

Süni intellektdə inqilab - Bir milyard dəfə daha sürətli texnologiya gəlir

Agentlik 10 ədəd evakuator alır - Biri 218 min manata

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə RENKİNQİ

Sabah bu ərazidə qaz olmayacaq

Bu QSC-yə 20 milyon ayrıldı - Sərəncam

Prezidentdən məhkəmələrlə bağlı Fərman

Sığorta şirkətlərinin yığımlarının SİYAHISI

Azərbaycanda macəra turizmi: Adrenalin sevənlər üçün bu imkanlar var

Qış təkəri seçərkən nəyə diqqət etmək lazımdır?

Sədr Aydan Rəcəbovanı rəis təyin etdi

Azərbaycanda nar istehsalında yaranan əsas çətinliklər açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin