“Apple”da yenilik - Üztanıma ilə açılan qapılar
“Apple” Face ID ilə açılan ağıllı qapı zəngi üzərində işləyir.
Valyuta.az xəbər verir ki, Bloomberg-dən verilən məluamata görə, Face ID texnologiyası ilə təchiz edilmiş bu qapı zəngini istifadəçilərin üzlərini skan edərək qapını avtomatik aça biləcək. Məhsul ən tez 2025-ci ilin sonuna qədər satışa çıxarıla biləcəyi bildirilib.
Yeni sistem “Apple” cihazlarında istifadə edilən biometrik təhlükəsizlik xüsusiyyətlərindən faydalanacaq. Face ID məlumatları təhlükəsizliyi ilə tanınan “Apple” “Secure Enclave” çipində emal olunacaq və saxlanılacaq. Beləliklə, “iPhone”larda olduğu kimi istifadəçilərin üzlərini aşkar edərək qapı qıfılları tez və təhlükəsiz şəkildə açıla bilər.
“Apple” bu yeni qapı zəngini mövcud “HomeKit”ə uyğun smart kilidlərlə işləməyi planlaşdırır. O, həmçinin ağıllı kilid istehsalçısı ilə əməkdaşlıq edərək tam sistem təklif etməyi düşünür. Cihazın “Apple” tərəfindən hazırlanmış “Proxima” adlı Wi-Fi və Bluetooth birləşmə çipi ilə təchiz ediləcəyi və bu çipin 2024-cü ildə yeni “HomePod Mini” və “Apple TV” modellərində istifadə edilməsinin gözlənildiyi bildirilir.
Ağıllı qapı zəngini ağıllı ev məhsulları bazarında “Apple”ın rəqabətini artırmaq məqsədi daşıyır. Şirkətin həmçinin daxili təhlükəsizlik kameraları, divara quraşdırıla bilən “iPad”ə bənzər smart displeylər və “Apple” markalı televizor kimi məhsullar üzərində işlədiyi qeyd edilir.
“Amazon Ring” və “Google” Nest kimi rəqiblərlə rəqabət aparacaq bu yeni məhsul, “Apple”ın ev texnologiyalarına baxışının bir hissəsi olaraq diqqət çəkir. Bununla belə, qabaqcıl üz tanıma texnologiyasının təhlükəsizlik zəifliyi kimi potensial risklər gətirə və mübahisə yarada biləcəyi düşünülür.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay