"iPhone" istifadəçilərinin 73 faizi neyron şəbəkə funksiyalarını faydasız hesab edir
Smartfon istehsalçılarının süni intellekt funksiyalarını cihazlarına inteqrasiya etmək səylərinə baxmayaraq, istifadəçilərin bu funksiyalara marağı aşağı olaraq qalır.
Valyuta.az xəbər verir ki, bu barədə "SellCell" tərəfindən aparılan araşdırmada məlumat verilib.
Araşdırma nəticələri göstərib ki, "iPhone" istifadəçilərinin yalnız 47,6%-i süni intellekti smartfon seçərkən vacib meyar hesab edir. Bundan əlavə, neyron şəbəkə funksiyalarını sınayan istifadəçilərin 73%-i bu funksiyaları cihazlarının digər imkanları ilə müqayisədə faydalı hesab etmir.
İstifadəçilər arasında ən çox tələb olunan funksiyalar sadə mətn emalı alətləri ("Writing Tools") olub ki, bu funksiyadan sorğuda iştirak edənlərin 72%-i istifadə edir. İkinci yerdə bildirişlərin qısa xülasəsini yaradan "Notification summaries" funksiyası (54%), üçüncü yerdə isə e-poçtların avtomatik çeşidlənməsi funksiyası (44,5%) qərarlaşıb. İlk beşliyə həmçinin şəkillərdən obyektlərin silinməsi üçün "Clean Up" funksiyası (29,1%) və "Smart Reply in Mail" (20,9%) funksiyaları daxil olub.
"Samsung" istifadəçilərinin fikirləri də oxşardır: onların 87%-i süni intellekt funksiyalarının istifadə təcrübələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmadığını hesab edir. "Samsung" cihazlarında ən çox istifadə olunan funksiyalar arasında "Circle to Search" (82,1%), "Photo Assist" (55,5%), "Chat Assist" (28,8%), "Note Assist" (17,4%) və "Browsing Assist" (11,6%) yer alıb.
Mütəxəssislər həmçinin müəyyən ediblər ki, yalnız 16,8% "iPhone" istifadəçisi təkmilləşdirilmiş süni intellekt funksiyaları təklif olunarsa, "Samsung" smartfonlarına keçməyə hazırdır. "Samsung" istifadəçiləri arasında "Apple" cihazlarına keçmək istəyənlərin faizi isə daha azdır - cəmi 9,7%.
Eyni zamanda, süni intellekt funksiyaları üçün əlavə ödəniş etməyə hazır olan istifadəçilərin nisbəti də aşağıdır: "iPhone" sahiblərinin yalnız 11,6%-i və "Samsung" istifadəçilərinin 4%-i bu funksiyalar üçün pul ödəməyə razıdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay