ABŞ-da "TikTok" üçün geri sayım başladı - "Reuters"
ABŞ Konqresinin iki üzvü cümə günü "Google"un ana şirkəti "Alphabet" və "Apple" rəhbərlərinə göndərdikləri məktubda, bu şirkətlərin "TikTok"u ABŞ-dakı tətbiq mazağalarından 19 yanvar tarixinə qədər çıxarmağa hazır olmalarını tələb ediblər.
Valyuta.Az xəbər verir ki, bu iki tərəfli məktubu ABŞ Nümayəndələr Palatasının Çinlə bağlı komitəsinin rəhbərləri olan Respublikaçı Con Moolenaar (John Moolenaar) və Demokrat Raja Krişnamoorti (Raja Krishnamoorthi) imzalayıblar.
Ötən həftə ABŞ federal apellyasiya məhkəməsi Çində yerləşən "ByteDance" şirkətinin "TikTok"u ABŞ-da satmasını və ya tətbiqə qadağa qoyulmasını tələb edən qanunu təsdiqləyib. Hal-hazırda, bu tətbiqdən 170 milyon amerikalı istifadə edir.
"TikTok"a tətbiqin satılması üçün təzyiqlər
Moolenaar və Krişnamoorti ayrıca "TikTok"un baş direktoru Şou Zi Çyu-ya (Shou Zi Chew) da müraciət edərək tətbiqi satmağı tövsiyə ediblər:
"Konqres ABŞ-ın milli təhlükəsizliyini müdafiə etmək və 'TikTok'un amerikalı istifadəçilərini Çin Kommunist Partiyasından qorumaq üçün qətiyyətli addımlar atıb", - qanunvericilər yazıblar. "Biz 'TikTok'u dərhal uyğun bir satış əməliyyatını həyata keçirməyə çağırırıq."
Həm "Apple", həm "Alphabet", həm də "TikTok" bu məsələyə dərhal şərh verməyib. Bazar ertəsi "ByteDance" və "TikTok" bu qanunun icrasını dayandırmaq üçün ABŞ Ali Məhkəməsinə təxirəsalınmaz müraciət ünvanlayıblar.
Növbəti addımlar
ABŞ Ədliyyə Nazirliyi çərşənbə günü bəyan edib ki, əgər qadağa 19 yanvar tarixində qüvvəyə minərsə, bu, "Apple" və "Google" istifadəçilərinin "TikTok"u əvvəlcədən yükləməsinə birbaşa mane olmayacaq. Lakin qeyd edilib ki, tətbiqə texniki dəstəyin dayandırılması nəticədə onun işini mümkünsüz hala gətirəcək.
"TikTok" cümə axşamı bildirib ki, məhkəmə qərarı olmadan, qanun tətbiqin 19 yanvardan etibarən mobil tətbiq mağazalardan çıxarılmasını və "hələ tətbiqdən istifadə etməyən əhalinin yarısının ona giriş imkanının məhdudlaşmasını" nəzərdə tutur. "TikTok" xəbərdarlıq edib ki, dəstək xidmətlərinin dayandırılması "platformanı ABŞ-da tamamilə istifadəsiz hala gətirəcək".
"ByteDance" və "TikTok" qeyd edib ki, Donald Tramp (Donald Trump) prezident vəzifəsinə başlayarsa, "TikTok"un qadağan olunmasının qarşısını almağa çalışacağını vəd edib.
Respublikaçı senator Coş Havli (Josh Hawley) isə "ByteDance" şirkətinin "TikTok"u satacağını ümid edir, çünki qanun buna heç bir alternativ yol buraxmır.
"Qanun nə deyirsə, o da olacaq", - deyə Havli bildirib. "Əsas problem ondadır ki, tətbiq Çin və Pekin nəzarətinə tabedir – problem də məhz budur."
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay