Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı
Böyük Britaniyada Amerikanın "Microsoft" texnoloji korporasiyasına qarşı kollektiv antiinhisar iddiası qaldırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Nəşr aydınlaşdırıb ki, sənədi "Scott+Scott" hüquq firması təqdim edib. "Microsoft", "Windows Server OS" və rəqib şirkətlərin bulud platformalarından istifadə edən Britaniya korporativ müştəriləri üçün qiymətləri şişirtməkdə ittiham olunur. 1 milyard funt-sterlinqlik (1,27 milyard dollar) iddiaya Rəqabət Apellyasiya Məhkəməsi baxacaq.
Noyabrın sonunda "Bloomberg" agentliyi ABŞ Federal Ticarət Komissiyasının (FTC) Amerikanın "Microsoft" texnologiya korporasiyasına qarşı genişmiqyaslı antiinhisar təhqiqatına başladığını bildirmişdi. Nəşr qeyd edir ki, araşdırma korporasiyanın istifadəçiləri bulud təkliflərinə bağlamaq üçün ofis dəsti və təhlükəsizlik proqramlarından istifadəsinə əsaslana bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay