"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"
İlon Maskın (Elon Musk) kosmik layihəsi "SpaceX" səhmlərin satışı üçün danışıqlar aparır.
Valyuta.Az xəbər verir ki, danışıqlarda əks olunan rəqəmlərə əsasən, şirkətin dəyəri 350 milyard dollar səviyyəsində qiymətləndirilib. Beləliklə, şirkətin dəyəri 379 milyard dollar olan "Netflix"dən geri qalıb. Maskın əsas layihəsi olan "Tesla"nın dəyəri isə 1,11 trilyon dollar səviyyəsindədir.
"SpaceX"in dəyəri böyük görünsə də, müxtəlif sektorlarda fəaliyyət göstərən bir çox şirkətlərin gerisindədir.
Keçən ay bəzi media qurumları, şirkətin dəyərinin 255 milyard dollar olduğunu qeyd etmişdi. Son rəqəmlər bu qiymətləndirmədə müəyyən bir artım göstərsə də, "SpaceX" hələ də "S&P 500" indeksinə daxil olan ən dəyərli 20 şirkət arasında yer almayıb.
Potensial dəyər artımı, Maskın ABŞ prezident seçkilərindən sonra əldə etdiyi böyük qazancları vurğulayan bir inkişaf kimi qiymətləndirilir.
"Bloomberg Milyarderlər İndeksi"nə görə, "Tesla Inc."in səhmləri 5 noyabrdan bəri 42% artıb, Maskın şəxsi sərvəti isə təxminən 353 milyard dollara yüksəlib.
Hazırda dünyanın ən dəyərli şirkəti 3,6 trilyon dollar ilə "Apple"dir. "Apple"ı 3,4 trilyon dollar ilə "Nvidia", 3,2 trilyon dollar ilə "Microsoft" izləyir.
Maskın ən mühüm layihəsi olan "Tesla"nın dəyəri isə təxminən 1,11 trilyon dollardır.
"SpaceX"in son qiymətləndirməsinə yaxın olan "Netflix"in dəyəri isə 379 milyard dollar təşkil edir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay