"OpenAI"nin reklam biznesinə keçidi - "Financial Times"
"OpenAI" reklam biznesi modelinə keçid etməyi nəzərdən keçirir.
Valyuta.Az "Financial Times"a istinadən xəbər verir ki, şirkətin maliyyə direktoru Sara Frayar bildirib ki, reklamların nə zaman və harada yerləşdiriləcəyini diqqətlə nəzərdən keçirərək bu məsələyə “ehtiyatla” yanaşmaq planlaşdırılır. Lakin Frayar əlavə edib ki, hazırda reklamlarla bağlı aktiv planlar mövcud deyil. Bununla belə, ideyanın müzakirə edildiyi açıq şəkildə görünür.
"Financial Times"ın hesabatında həmçinin qeyd olunub ki, "Google" şirkətindən keçmiş yüksək vəzifəli əməkdaş Şivakumar Venkatraman "OpenAI"yə işə götürülüb.
"ChatGPT"nin istehsalçısı bu günə qədər süni intellekt alətlərinin inkişafını dəstəkləmək üçün abunəlik modelindən istifadə edib. Lakin bu modellərin yaradılması və fəaliyyətinin davamlılığı yüksək maliyyə tələb edir. Şirkət sərmayədarlarının bu layihələrə yatırdığı maliyyə vəsaitləri isə məhduddur.
Bununla belə, belə bir addım "OpenAI"nin qurucusu Sam Altman üçün narahatlıq yaradır. Harvard Biznes Məktəbində keçirilən bir tədbirdə Altman, şirkətin geniş əlçatanlıq üçün reklam modelini qəbul edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib: “Mən demirəm ki, "OpenAI" heç vaxt reklamları nəzərdən keçirməz, amma ümumilikdə onları sevmirəm və hesab edirəm ki, reklamlar və süni intellekt bir yerdə olduqda bu mənim üçün xüsusilə narahatedicidir.”
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay