"Huawei" yeni süni intellekt çipinin kütləvi istehsalına hazırlaşır
Çin texnologiya nəhəngi "Huawei" qabaqcıl süni intellekt çipinin kütləvi istehsalına 2025-ci ilin birinci rübündə başlamağı nəzərdə tutur.
Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, "Huawei", ABŞ-ın süni intellekt çip istehsalçısı "Nvidia"ya rəqib olması gözlənilən "Ascend 910C" adlı ən yeni çipinin nümunələrini bəzi texnologiya şirkətlərinə təqdim edib və artıq sifarişlər qəbul edir.
Mənbələrin sözlərinə görə, ABŞ-ın texnologiya transferinə tətbiq etdiyi məhdudiyyətlər "Huawei"nin bu çipləri ticarət baxımından rəqabətqabiliyyətli etmək üçün tələb olunan yüksək məhsuldarlığı əldə etməsinə mane olur.
Məlumatlı şəxslər bildiriblər ki, "Ascend 910C" Çinin əsas çip istehsalçılarından biri olan "Semiconductor Manufacturing International Corp" (SMIC) tərəfindən N+2 prosesi əsasında istehsal edilir. Lakin inkişaf etmiş litoqrafiya avadanlıqlarının çatışmazlığı səbəbindən bu çipin məhsuldarlığı yalnız 20%-dir. Halbuki bu tip çiplərin kommersiya baxımından rentabelli olması üçün məhsuldarlığın ən azı 70% olması zəruridir.
Eyni zamanda, mənbələr əlavə ediblər ki, "Huawei"nin indiyə qədər istehsal etdiyi ən qabaqcıl prosessor olan və SMIC tərəfindən hazırlanan "Ascend 910B"nin məhsuldarlıq səviyyəsi də cəmi 50%-dir. Bu, "Huawei"ni istehsal hədəflərini azaltmağa və müştərilərə təchizatda gecikmələr yaratmağa məcbur edir.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay