ABŞ-da prezident seçkilərinə özəl yeni süni zəka platforması istifadəyə verildi - "My Ballot AI"
ABŞ prezident seçkiləri ərəfəsində seçicilərin seçkilər haqqında məlumatlandırılmasına kömək edəcək süni intellekt əsaslı yeni bir tətbiq istifadəyə verildi.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, Mark Larman tərəfindən hazırlanan və "Google Gemini" tərəfindən dəstəklənən "My Ballot AI" adlı tətbiq Cümə günü ictimaiyyətə təqdim edildi.
Bəs bu tətbiqin əsas vəzifəsi nədir?
Açıqlanan məlumatlarda qeyd edilir ki, tətbiq süni intellekt dəstəyi ilə namizədlərin kimlər olduğunu, necə səs verə biləcəklərini və seçki nəticələri ilə bağlı ani bildirişlər alacaqları mobil və veb tətbiqdir.
Bu tətbiq seçicilərin seçimləri daha yaxşı anlamasına imkan verən və siyasi mövzularda ünsiyyət qura biləcəkləri bir platformdur. Platform eyni zamanda istifadəçilər üçün nümunə seçki bülleteni də təqdim edir. Tətbiqdə seçicilərin söhbəti yerli, ştat və federal olmaqla kateqoriyalara ayrılır. Beləliklə, istifadəçilər bir-biriləri ilə və namizədlərlə uyğun səviyyədə qarşılıqlı əlaqə qura biləcəklər.
İstifadəçinin etməli olduğu tək şey, qarşıdan gələn seçkilər haqqında bilmək istədiklərini söhbət qutusuna yazmaqdır; beləliklə, suallarına real vaxt rejimində cavablar alacaqlar.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay