"Apple"dən sonra "Google"... - İndoneziya bu smartfonların satışını qadağan etdi
İndoneziya qanunlara uyğun gəlmədiyi üçün Google Pixel smartfonlarının satışını qadağan edib
İndoneziya ölkədə satılan cihazların 40%-nin yerli komponentlərdən hazırlanması ilə bağlı yerli tələbə əməl edilməməsi səbəbindən "Google Pixel" smartfonlarının satışını qadağan edib.
Valyuta.az xəbər verir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.
İndoneziyanın Sənaye Nazirliyi "Google Pixels"in avadanlıqları müəyyən edilmiş tələbə cavab verənə qədər ölkədə satın alınmayacağını açıqlayıb. Satışları bərpa etmək üçün "Google" ya İndoneziyada komponentlər istehsal etməklə, ya da onları yerli istehsalçılardan almaqla yerli iqtisadiyyata sərmayə qoymaqla uyğunluq sertifikatı almalıdır.
"Samsung" və "Xiaomi" kimi digər şirkətlər yerli qaydalara riayət etmək üçün əvvəllər İndoneziyada fabriklər açıblar. Hökumət onlayn və oflayn mağazaları yoxlayacağını və orada tapılan bütün "Google" smartfonlarını deaktiv edəcəyini vəd edib. Bununla belə, şəxsi istifadə üçün cihazların idxalına hələ də icazə verilir.
"Google" smartfonlar, planşetlər, noutbuklar və aksessuarlardan ibarət "Pixel" istehlakçı cihazlarını istehsal edir. İlk markalı smartfon 2016-cı ilin oktyabrında buraxılıb.
Bundan əvvəl İndoneziya "Apple" şirkətinin son istehsalı olan "iPhone 16" modellərinin ölkədə satışına və istismarına qadağa qoyub. Bu barədə ölkənin sənaye və ticarət naziri Aqus Qumivanq Kartasasmita açıqlama verib.
Nazir ölkədə "iPhone 16"dan istifadənin qanunsuz olduğunu bildirib və vətəndaşlarına xaricdən məhsul almamaları barədə xəbərdarlıq edib: "İndoneziyada işləyə bilən "iPhone 16" varsa, bu, cihazın qeyri-qanuni olması deməkdir. Bunu bizə bildirin".
Nazir əlavə edib ki, bu cihazlar üçün IMEI sertifikatı yoxdur.
Qadağa "Apple"ın İndoneziyaya verdiyi investisiya vədlərinin yerinə yetirilməməsindən sonra qoyulub. Texnologiya nəhənginin ölkəyə vəd etdiyi təqribən 110 milyon dollarlıq sərmayənin təxminən 95 milyonunu reallaşdırdığı, qalan təxminən 15 milyon dollarının isə edilmədiyi bildirilir.
"Sənaye Nazirliyi olaraq "iPhone 16" üçün tələb olunan icazələri verə bilmədik, çünki "Apple"ın yerinə yetirəcəyi vədləri var", deyə Kartasismita qeyd edib.
TKDN sertifikatı şirkətlərdən məhsullarını İndoneziyada satmaq üçün 40 faiz yerli məzmun dəyərinə cavab vermələrini tələb edir. Sertifikatlaşdırma prosesi birbaşa "Apple"ın tədqiqat və təkmilləşdirmə obyektləri yaratması ilə bağlıdır. Sözügedən obyektlər "Apple Academies" adlanır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay