"Google" senzurada ittiham olunur - Araşdırma başladı
ABŞ-ın Missuri ştatının baş prokuroru Endryu Beyli X sosial şəbəkəsində "Google" korporasiyası ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkət senzurada ittiham olunur.
Onun sözlərinə görə, təhqiqat ABŞ-ın tarixinin ən mühüm seçkiləri zamanı mühafizəkar çıxışların senzurasına görə aparılır.
Beyli şirkəti demokratik proseslərə qarşı müharibə aparmaqda ittiham edib. O, artıq mübarizə aparmağın vaxtı olduğunu vurğulayıb.
Bundan əvvəl sosial şəbəkənin milyarder sahibi X İlon Mask ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının namizədi Kamala Harris seçkilərdə qalib gələrsə, ABŞ-da senzuranın daha sərt olacağını proqnozlaşdırmışdı. İş adamının sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə bəhanəsi ilə senzuranın yaradılması üçün artıq böyük səylər göstərilir.
Bu barədə ABŞ prezidentliyinə keçmiş müstəqil namizəd Robert Kennedi də danışıb. O hesab edir ki, Demokrat Partiyasının üzvləri üçün söz azadlığı hüquq deyil, imtiyazdır. O qeyd edib ki, ölkəyə amerikalıların söz azadlığını müdafiə edəcək lider lazımdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay