Avropa Məhkəməsi "Intel"ə qarşı 1,1 milyard dollarlıq cəriməni ləğv etdi
Lüksemburqdakı Avropa Məhkəməsi bazarda hökmranlıq mövqeyindən sui-istifadə etdiyi üçün Avropa Komissiyasının (AK) "Intel" korporasiyasına tətbiq etdiyi 1,1 milyard dollar cəriməni ləğv edib.
Valyuta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Avropa Ədalət Məhkəməsi hakim mövqedən sui-istifadə etdiyinə görə "Intel"ə Avropa Komissiyasının tətbiq etdiyi 1,06 milyard avroluq cərimənin ləğvi barədə ümumi məhkəmənin qərarını təsdiqləyir", deyə məhkəmənin açıqlamasında qeyd edilir.
2009-cu ildə Avropa Komissiyası "Intel"i satışları artırmaq üçün qeyri-qanuni endirimlər verməkdə ittiham edərək 1,1 milyard dollar cərimələyib. Lakin 2017-ci ildə şirkət apellyasiya şikayəti verib və cəriməni ləğv edib. 2022-ci ildə AK bu qərara Avropa Ədalət Məhkəməsində etiraz etməyə çalışsa da, nəticəsi olmayıb.
Avqust ayında Intel səhmləri itkilər və iş yerlərini ixtisar etməyi planlaşdırdıqdan sonra 20% ucuzlaşıb. Şirkətin saytında verilən məlumata görə, gəlirlər illik müqayisədə 1% azalaraq 12,8 milyard dollar təşkil edib.
Ekspertlər maliyyə göstəricilərinin daha da pisləşəcəyini proqnozlaşdırırlar. Intel-i dəstəkləmək üçün ABŞ səlahiyyətliləri ilin sonuna qədər birbaşa maliyyələşdirmə üçün 8,5 milyard dollar ayrılması barədə razılığa gəlməyi planlaşdırır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay