ECB: "Bitcoin" cəmiyyətin yoxsullaşmasına və parçalanmasına səbəb olur"
"Bitcoin"in qiymətinin qalxması ona sahib olmayanların yoxsullaşmasına səbəb olur və bu, cəmiyyətdə parçalanma təhlükəsini artırır".
Valyuta.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (ECB) nümayəndələri öz məqalələrində qeyd ediblər.
ECB-nin Bazar İnfrastrukturunun və Ödənişlərin İnkişafı Direktoru Ulrix Bindseil və eyni məsələlər üzrə müşaviri Yurgen Şkaaf "Bitcoin"ə sərmayə qoymayan hər kəsi buna qarşı çıxmağa çağırıb. Onlar bunu qadağan edəcək qanunların qəbulunu axtarmağı zəruri hesab edirlər.
ECB əməkdaşları bildiriblər ki, "Bitcoin" spekulyativ qabardır və hansısa anda partlaya, bununla da kriptovalyutaya sərmayə qoyan insanları vura bilər.
Bundan əlavə, "Bitcoin"in qiyməti siyasətdən təsirlənir, belə bir asılılıq seçkilərin nəticələri də daxil olmaqla mühüm hadisələrə təsir göstərə bilər.
Bu arada, Avropa İttifaqı artıq "Bitcoin" istifadəsini azaltmaq üçün tədbirlər planlaşdırır. İtaliya büdcə kəsirinin azaldılması səyləri çərçivəsində "Bitcoin"in kapital artımı vergisini 26%-dən 42%-ə qaldıracaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay