BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7694
  • RUB
    1.6958
  • TRY
    0.0482
  • GBP
    2.1288
57816

Analitiklərin hesablamalarına görə, ən son “iPhone” modelləri Android-in qabaqcıl rəqiblərindən daha sürətlə ucuzlaşır.

Alınandan iki həftə sonra “yeni kimi” vəziyyətdə olan “iPhone 16” seriyalı smartfonlar ABŞ-ın təkrar bazarında orijinal qiymətindən orta hesabla 41,2% ucuz satıla bilər. 

Məlumata görə, bu, “iPhone” üçün rekord qıran amortizasiyadır.

Bildirilir ki, “iPhone 16” satışlarının ilk iki həftəsində “iPhone 15”dən 8% daha tez dəyərsizləşir. Üstəlik, bu tendensiya yalnız standart modellərdə deyil, bütün xətt boyunca müşahidə olunur.

Eyni zamanda, “Samsung” cihazları əks mənzərəni göstərir. İl ərzində “Galaxy S23” öz qiymətinin 61%-ni itirib ki, bu da eyni dövr ərzində 66% dəyər itirən “Galaxy S22”də irəliləyişdir. İlk altı aylıq məlumatlara əsaslanan yeni “Galaxy S24”, dəyərin daha da yavaş azaldığını göstərir.

Anilitiklər qeyd edir ki, “iPhone”lar uzun müddətdir ki, mobil qurğular arasında ən yaxşı investisiya hesab edilir. Çünki onlar müəyyən müddətdən sonra sərfəli şəkildə satıla bilər. Bununla belə, “iPhone 12”dən başlayaraq hər yeni nəsil əvvəlkindən daha tez dəyərini itirdi. Bu, yeni smartfon seçərkən istehlakçıların qərarlarına əhəmiyyətli dərəcədə təsir edə bilər.

Başqa bir araşdırma isə “iPhone 16”nın “Apple”ın son beş ildə ən az populyar telefon olduğunu göstərib. Bununla əlaqədar olaraq şirkət itkilərə yol verməmək üçün yeni “iPhone”lar üçün sifarişlərin həcmini azaltmalı olub.

“iPhone 16” sentyabrın 20-də satışa çıxarılıb. Qərb mediası öz rəylərində qeyd edir ki, bu, son bir neçə ildə əsas “iPhone”un ən yaxşı yeniləmələrindən biridir, lakin proqram təminatı darıxdırıcı adlanır, baxmayaraq ki, bu, hələ də ümumilikdə ən yaxşı seçimdir.//Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ANAMA-nın 1 milyonluq tenderi ləğv edildi - Maliyyə vəsaiti yoxdur

Məşhur kriptovalyuta şirkətinin qurucusu ABŞ-a ekstradisiya ediləcək

"Medservis" 8 000 manat cərimələnə bilər

"DİBA" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Ukraynanın dövlət borcu rekord həddə çatıb

"BYD" fabrikində insan alveri qalmaqalı

Dövlət agentliyi məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin inşası neçəyə başa gələcək?

Milli Kitabxanadan yarım milyon manatlıq satınalma

"Xəzər Elektron"a niyə protokol tərtib olunub?

"OpenAI" daha çox kapital cəlb etmək üçün yeni struktur planlarını açıqladı

Məşhur serialın yeni mövsümü Koreya şirkətlərinin səhmlərini aşağı salıb

"Konfirom" MMC-yə xəta protokolu

Məşhur şirkətin Azərbaycan nümayəndəliyinə protokol tərtib olunub

Paytaxtın 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Dövlət Neft Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

Dövlət Neft Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb

“Aqrar Sığorta”nın biznes itkiləri 2,3 mln. manatı ötüb

Vardanyanın cinayət işi məhkəməyə göndərilib

Dövlət başçısı: AZAL-ın təyyarəsi Rusiyanın hava məkanında kənar müdaxiləyə məruz qalıb

Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə aldadan şəxs saxlanılıb

Prezident: Təyyarə qəzasının araşdırılması üçün beynəlxalq ekspertlərdən heyət fəaliyyətə başlayıb

Azərbaycan bu il ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb

203 milyard sərmayə, 1,6 milyon iş yeri... - Cənubi Koreya TSMC-yə rəqib yaradır

Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Sərhədin 13 km-nin delimitasiyası aparılıb -RƏSMİ

Bu il 45 namizəd XİN sistemində diplomatik vəzifələrə təyin edilib

Azərbaycan XİN: Türkiyədə 3461 nəfərə ümumvətəndaş pasportu təqdim edilib

İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ixracatçılara müraciət edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin