Dünyanın ən güclü telefonu elan edildi - “iPhone 16 Pro” artıq köhnəldi
“Vivo” şirkəti Çin bazarı üçün flaqman “Vivo X200 Pro” smartfonunu təqdim edib.
Sözügedən telefon dünyanın ən güclü Android cihazı hesab olunur. Bu telefon “AnTuTu” testlərində 3 milyondan çox bal toplayıb. Müqayisə üçün qeyd edək ki, “iPhone 16 Pro Max” oxşar testlərdə 1,95 milyon xalla qiymətləndirilib.
“Vivo X200 Pro” yeni Dimensity 9400 prosessoru ilə təchiz edilmiş, həm performans, həm də enerji səmərəliliyi baxımından bütün mövcud SoC-ləri üstələyən dünyanın ilk smartfonudur.
Bununla belə, yüksək performans smartfonun xüsusiyyətlərindən yalnız biridir. Onun başqa xüsusiyyətləri aşağıdakılardır:
Ekranı LTPO AMOLED 6,78 düym, 1260 × 2800 piksel, 120 Hz, Dolby Vision;
Yeni nəsil Zeiss kameraları: f/1.57 aperturaya malik 50 MP 1/1.56 düymlük sensor + 50 MP (1/1.95 düym) f/2.57 telefoto + 50 MP f/2.0 ultra geniş və 32 MP selfi kamerası;
6000 mAh batareya, 90 Vt sürətli şarj;
Android 15 əsasında OriginOS 5 qabığı.
Bundan əlavə, smartfon IP68/IP69 su mühafizəsinə malikdir, stereodinamiklər, NFC çipi, IR-emitter və güclü vibrasiya mühərriki ilə təchiz olunub. Ən bahalı versiya 16 GB + 1 TB peyk rabitəsi dəstəyinə malikdir.
“Vivo X200 Pro”nun Çində satışı artıq başlayıb. Dörd konfiqurasiyada qiymətləri 600-950 dollar arasında dəyişir.
Lent.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay