"Qualcomm "Windows"a alternativ "Mac mini"nin buraxılışını ləğv etdi
"Qualcomm" "Snapdragon X Elite" çipsetinə əsaslanan "mini-PC Dev Kit"in buraxılışının ləğv edildiyini elan edib və artıq çatdırılanlar da daxil olmaqla, satın alınan cihazlar üçün pulu geri qaytarmağa başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "XDA-Developers" portalı məlumat yayıb.
Şirkətin məktubunda qeyd edilir ki, "Snapdragon X" seriyası ilə təchiz edilmiş 30-dan çox fərdi kompüterin buraxılması onun qabaqcıl texnologiyalarla təmin etmək qabiliyyətini və gələcək nəsil inkişaflara sadiqliyini nümayiş etdirir. Bununla belə, 900 dollarlıq "mini-PC Dev Kit" keyfiyyət standartlarına cavab vermir, ona görə də satış və dəstək qeyri-müəyyən müddətə dayandırılıb.
"Snapdragon"da "Windows" haqqında daha çox məlumat üçün "Qualcomm" onlarla "Discord" vasitəsilə əlaqə saxlamağı və ya rəsmi veb saytında tərtibatçı portalına baş çəkməyi tövsiyə edir. Fərdi kompüterlər üçün süni intellekt proqramları yaratmaq istəyənlər "Qualcomm Device Cloud"dan istifadə edə bilərlər.
Şirkət "Dev Kit"i mayın 21-də "Microsoft Build"də, "Snapdragon X Elite" ilə noutbukların buraxılmasından bir gün sonra elan edib. Qurğu ən son "Qualcomm" çipinə əsaslanan ilk "mini-PC" idi. "Qualcomm"un icraçı direktoru Kristiano Amon əmin etdi ki, "Snapdragon X Elite" təkcə noutbuk və planşetlərdə deyil, hamısı bir yerdə kompüterlərdə, mini-kompüterlərdə və digər cihazlarda görünəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay