27.08.2024 / 20:02
"Sony" "PlayStation 5" oyun konsollarının qiymətini artıracaq
54482
"Sony" sentyabrın 2-dən etibarən Yaponiyada "PlayStation 5" konsolları üçün qiymət artımı elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Videogames Chronicles" (VGC) portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, konsolların qiyməti təxminən 13 min yen artacaq. Beləliklə, "PlayStation" 5 79,9 min yenə, disk sürücüsü olmayan versiya isə 72,9 min yenə təklif olunacaq.
Bundan əlavə, "Sony" aksesuarların qiymətini artıracaq. "DualSense" kontrolleri 2 min yen, "PlayStation Portal" isə 5 min yen bahalaşacaq. Yapon şirkətinin nümayəndələri qiymət artımını regionda və dünyada baş verən iqtisadi vəziyyətlə izah ediblər.
VGC-nin məlumatına görə, hələlik digər ölkələrdə konsollar üçün qiymət artımı əlamətləri yoxdur.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay