BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
53955

Amerika texnologiya korporasiyası "Apple" bu ilin sentyabrında özünün yeni, dördüncü nəsil simsiz qulaqlıqları "AirPods"un iki versiyasını təqdim etməyi planlaşdırır. 

Valyuta.az xəbər verir ki, bu barədə "9to5Mac" portalı "Bloomberg"in jurnalisti Mark Qurmanın "Power On" bülleteninin yeni buraxılışına istinadən yazıb.

Yeni "AirPods 4" bazarda müvafiq olaraq 2019 və 2021-ci illərdə təqdim edilmiş "AirPods 2" və "AirPods" 3 modellərini əvəz etməli olacaq. Dördüncü nəslin orta versiyası aktiv səs-küyün azaldılması sistemini alacaq, əsas versiya isə onsuz olacaq, lakin xarici qulaqlıqlar eyni olacaq. Hər iki "AirPods 4" variantının şarj qutusunda USB-C konnektoru ilə təchiz edilməsi planlaşdırılır, lakin yalnız daha bahalı qulaqlıqlar təmassız doldurmanı dəstəkləyəcək.

Qurmanın sözlərinə görə, hələlik "AirPods Pro" xəttini yeniləmək planları yoxdur. O, həmçinin əlavə edib ki, "AirPods 4" ehtimal olunan model adıdır və reallıqda fərqli ola bilər.

İlk nəsil "AirPod"lar 2016-cı ilin sentyabrında "iPhone 7" ilə birlikdə elan edilib və bu, qulaqlıq girişi olmayan ilk "iPhone" idi. "AirPods" əsl simsiz qulaqlıqlar dövrünə start verib.

"Apple"ın payız təqdimatı böyük ehtimalla sentyabr ayında baş tutacaq. Yeni qulaqlıqlar 16-cı nəsil "iPhone" ilə birlikdə təqdim ediləcək.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gömrük qaydalarını pozan şirkət cərimələndi

Pul bazarlarına yeni vəsait axını: İki həftənin ən böyük artımı - "Reuters"

2024-cü ildə yüksəlişləri ilə diqqət çəkən 10 kriptovalyuta

Şuşa Şəhər Peşə Təhsil Mərkəzində 6,4 milyonluq təmir

Çin sənayesində ciddi mənfəət azalması

Futbolçu satışından ən çox pul qazanan klublar açıqlandı

Toxunduğu yer qızıla çevrilir - Ceff Bezosa görə 0,74 hektar boş torpaq 200 milyona satılır

DSX-nın 900 minlik tenderi niyə ləğv edilib?

Böyük şirkətlər qaçır... - Sinqapur birjası cəlbediciliyini itirir?

Ölüm tarixini proqnozlaşdıran süni intellekt yaradıldı

Dövlət qurumu ilə şirkət arasında cərimə qalmaqalı

Yer nə vaxt yaşayış üçün yararsız olacaq? - İlon Mask açıqladı

"Apple"ın dəyəri 4 trilyon dollara yaxınlaşdı

Dolların dünya ehtiyatlarında payı son 30 ildə minimuma düşdü

"Xanni-2017" məhkəmə qarşısında

"Forbes"in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı

Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı

Naxçıvanın Təcili Tibbi Yardım Xidməti 980 minlik cihaz alır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb

2024-cü ildə baş verən təyyarə qəzaları

"Yük Taksisi.Az" böyük məbləğdə cərimələnə bilər

Nazir Rəşad Nəbiyev: Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub

AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

2025-ci ildə dövlət büdcəsindən ayrılacaq subsidiyalar - TOP 5

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən şəxslər həbs edildi

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin