"Xiaomi" inqilab edir: Rekord batareyaya və ildırım sürəti ilə şarja malik smartfonlar...
Çinin “Xiaomi” korporasiyası rekord həcmdə akkumulyator tutumlu smartfonlar buraxmağa hazırlaşır.
Valyuta.az xəbər verir ki, bu barədə tanınmış insayder "Digital Chat Station"a bildirib.
İddia olunur ki, şirkət öz cihazlarının akkumulyator tutumunu əhəmiyyətli dərəcədə və enerji doldurma sürətini artıracaq: akkumulyatorın tam dolması üçün bir saatdan az vaxt lazım olacaq.
Bəzi yeni modellər 100 Vt doldurma dəstəyi ilə 7500 mAh batareyalarla təchiz ediləcək ki, bu da 63 dəqiqəyə tam enerji doldurmağı təmin edəcək. 120 Vt gücündə 7000 mAh batareyaları olan modellər də planlaşdırılır: onlar 40 dəqiqəyə doldurulacaq.
6500, 6000, 5500 və 5000 mAh tutumlu akkumulyatorlu versiyalar da hazırlanır. 5000 mAh batareyaya (120 Vt gücə) malik smartfonları cəmi 18 dəqiqəyə doldurmaq olar.
Belə innovativ batareyalara malik smartfonların buraxılış tarixləri hələ açıqlanmayıb. Bundan əvvəl "Wccftech" nəşrinin mütəxəssisləri silikon-karbon batareyalarının istifadəsi sayəsində yüksək sıxlıqlı akkumulyatorlara malik smartfonların tezliklə bazara çıxacağını proqnozlaşdırmışdılar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay