Çinlilər "Apple" şirkətini Rusiya smartfon bazarından sıxışdırıb
"Apple" 2024-cü ilin birinci yarısında Rusiyada smartfon satışı üzrə ilk 5 brendə daxil edilməyib.
Valtuta.az bu barədə "Marvel Distribution"ın məlumatlarına istinadən xəbər verir.
Ən çox satılan smartfonlar beşliyinə "Redmi" (22,9%), "Tecno" (15,6%), "Realme" (11,5%), "Infinix" (11%) və "Samsung" (10,4%) şirkətlərinin cihazları daxildir. Qeyd edilir ki, "Realme" və "Infinix"in satış həcmi bu istehsalçılara bir pillə yüksəlməyə imkan verib, "Samsung" isə üçüncü yerdən beşinci yerə düşüb.
Smartfon bazarındakı problemlərə baxmayaraq, "Apple" gəlirdə liderliyini davam etdirir, həmçinin kəmiyyət baxımından noutbuk satışlarında ilk 5-liyə qayıdıb, 6,9% payla dördüncü yeri tutub. Ukraynada müharibə başlanandan sonra "Apple" Rusiya bazarını tərk edərək noutbuk satışında ilk 5-likdən kənarda qalıb, bu da auditoriya əhatəsinin azalmasına səbəb olub.
2024-cü ilin birinci yarısında Rusiyada ən çox satılan televizorların ilk beşliyinin lideri 11,8% payla "Haier" şirkətidir. Ondan sonra "Xiaomi" (10,1%), "Sber" (5,2%), "Samsung" (4,9%) və "Hisense" (4,8%) gəlir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay