“Instagram” istifadəçilərinə reklamları sürüşdürmək qadağan olunacaq
"Instagram" istifadəçiləri dayandırmağa və reklamlara diqqət yetirməyə məcbur edə biləcək yeni reklam formatını sınaqdan keçirməyə başlayıb.
Valyuta.az “The Verge”yə istinadən xəbər verir ki, sosial şəbəkələrin və forumların bəzi istifadəçiləri artıq bu formata rast gəliblər.
İstifadəçi "Instagram" lentini vərəqlədikdə, videonu sürüşdürməyə mane olan bir reklamla qarşılaşa bilər. Beləliklə, digər videolara keçməzdən və lentə baxmağa davam etməzdən əvvəl istifadəçi reklam nəşrini sona qədər izləməli olacaq.
"Instagram" sözçüsü Metyu Tai platformanın həqiqətən də funksiyanı sınaqdan keçirdiyini təsdiqləyib. O, həmçinin qeyd edib ki, "Instagram" daim reklamçılar üçün faydalı ola biləcək yeni formatlar axtarır.
“Reklam fasilələri”nin hansı bölgələrdə və nə vaxt işə salınacağı hələ dəqiqləşdirilməyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay