"Google" axtarışı pullu etmək istəyir
Amerikanın İT nəhəngi "Google" süni intellekt (AI) texnologiyasından istifadə edərək internet axtarış xidmətləri üçün ödənişlərin tətbiqi imkanlarını araşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Süni intellektlə axtarış, "Google"un özəl çatbotu olan "Gemini"dən sorğuların və nəticələrin emalına aiddir. Məsələn, "Gemini"nin premium xidmətləri "Gmail" və "Google Sənədlər" kimi digər "Google" onlayn məhsullarında artıq mövcuddur.
"Google" artıq "Gemini"nin axtarışa inteqrasiyası üzərində çalışsa da, şirkət rəhbərliyinin hələlik onların ödənişli işə salınması ilə bağlı yekun qərar vermədiyi bildirilir. "Google" ödənişli funksiyaları təqdim etmək qərarına gəlsə, şirkət onları buraxmaq üçün uyğun anı axtaracaq. Bundan sonra "Klassik Veb Axtarış" pulsuz olmağa davam edəcək.
SGE (Search Generative Experience) adlanan süni intellekt funksiyaları ilə "Google" axtarışı artıq 2023-cü ilin may ayından sınaq rejimində işləyir. O, daha çox bulud yaddaşı təmin edən ödənişli "Google One" abunəsi olan çox məhdud sayda istifadəçilər üçün əlçatandır. AI axtarışı insanların xüsusi suallarına ətraflı cavablar təklif edir və daha çox məlumat üçün keçidlər təqdim edir.
FT yazır ki, "Google SGE"nin sınaqlarını genişləndirməyə tələsmir, çünki şirkət belə bir xidmətin saxlanması klassik axtarışın məzmunundan baha başa gəlir. Fakt budur ki, generativ süni intellekt ənənəvi server klasterlərindən daha çox hesablama resursları istehlak edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay