"WhatsApp"dan yenilik: "Ask Meta AI" nəyə qadirdir?
"WhatsApp" tərtibatçıları messencer daxilində axtarışa "Ask Meta AI" adlı daxili süni intellektə malik çatbotunu inteqrasiya etmək niyyətindədirlər.
Valyuta.az Publika.az-a istinadən xəbər verir ki, neyron şəbəkə artıq "Android" tətbiqinin beta versiyasında görünüb.
Mənbənin məlumatına görə, "Android" üçün "WhatsApp"ın 2.24.7.14 nömrəli beta versiyasının istifadəçiləri messencerin daxilindəki axtarış paneli interfeysində quraşdırılmış "Ask Meta AI" çatbotuna daxil olmaq imkanı aşkar ediblər. Beləliklə, istifadəçilər onları maraqlandıran sualları birbaşa axtarış panelində verə bilərlər ki, bu da süni intellektdən istifadəni bir qədər asanlaşdırır.
Bundan əlavə, tərtibatçılar axtarış panelinə istifadəçilərə kömək edəcək və AI-ni aktivləşdirəcək bir neçə ipucu əlavə edəcəklər. Suallarını və ya əmrlərini axtarış panelinə daxil etməklə istifadəçilər neyron şəbəkə ilə tez bir zamanda söhbətə başlaya bilərlər.
Hələlik süni intellektə əsaslanan çatbotdan yalnız bəzi "WhatsApp" testçiləri istifadə edə bilər. Xidmətin bütün istifadəçilər üçün nə vaxt işləyəcəyi məlum deyil. Neyron şəbəkənin Azərbaycanda işləyəcəyi hələ bəlli deyil.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay