LinkedIn istifadəçi təcrübəsini artırmaq üçün mini oyunlar əlavə edəcək
Oyun kodunun fraqmentləri müstəqil tərtibatçı Nima Oji tərəfindən aşkar edilib. LinkedIn TechCrunch-a oyunlar üzərində işlədiklərini təsdiqləyib, lakin sınaq və ya rəsmi buraxılış tarixini açıqlamayıb.
Artıq üzərində işlənilən ən azı üç tapmaca oyunu var - Queens, Inference və Crossclimb. Onların görünüşü hələ də dəyişə bilər.
Ekran görüntülərinə əsasən, şirkətlər üçün ayrıca reytinq yaradılacaq, burada mövqeləri işçilərinin oyunlarda göstərdiyi nəticələrdən asılı olacaq.
Qeyri-oyun platformaları uzun müddətdir ki, trafiki artırmaq üçün mini-oyunlardan istifadə edir. Məsələn, The New York Times xəbər verdi ki, Wordle tapmaca oyunu "görünməmiş on milyonlarla yeni istifadəçini" cəlb etdi, onların çoxu media şirkətinin digər oyunlarını oynamağa davam edir.
© tech.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay