"Samsung" "Galaxy S25"in dizaynını kökündən dəyişəcək
"Samsung"un "Galaxy S" seriyasından yeni nəsil flaqman smartfonu bir neçə ildən sonra ilk dəfə olaraq əhəmiyyətli dizayn dəyişikliklərinə malik olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "Revegnus" təxəllüslü insayder X (Twitter) hesabında məlumat verib.
"Revegnus" konkret hansı dizayn dəyişikliklərindən danışdığını açıqlamayıb. Bununla belə, o, "Galaxy S25"in öz növbəsində "Galaxy S23"ün klonu olan "Galaxy S24" kimi olmayacağını bildirib.
İnsayderin dəqiq bildiyi şey budur ki, "Samsung" "Galaxy S24"də 6,2 düym və "Galaxy S25" bazasında 6,36 düymlük matrisdən istifadə edəcək. Əsas modelin artan ekran ölçüsü tədricən smartfon bazarında trendə çevrilir - əvvəllər oxşar həlli "Xiaomi 14"də görmək olardı.
"Galaxy S25" təqdimatının dəqiq tarixi məlum deyil. "Samsung" 2025-ci ilin əvvəlində yeni smartfon təqdim edəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay