Elon Musk: "2029-cu ilə qədər süni zəka bütün insanlardan ağıllı olacaq"
Elon Musk süni zəkanın inkişafı ilə bağlı yeni fikirlərini bildirib. Onun fikrincə 2029-cu ilə qədər süni zəka dünyadakı bütün insanlardan daha ağıllı olacaq.
“Çox güman ki, artıq gələn il süni zəka ayrı-ayrı şəxslərdən daha ağıllı olacaq. 2029-cu ilə qədər isə süni zəka dünyadakı bütün insanlardan daha ağıllı olacaq” - deyə Musk qeyd edib.
Qeyd etmək lazımdır ki, Musk dəfələrlə süni zəkanın insan sivilizasiyası üçün böyük təhlükə mənbəyi olacağı barəsində fikirlər səsləndirib. Lakin buna baxmayaraq o, 2023-cü ildə x.AI adlı şirkətini təsis etdi. Bu şirkət süni zəka sahəsində fəaliyyət göstərir. Bir neçə müddətdən sonra isə Musk x.AI tərəfindən hazırlanmış Grok adlı süni zəka əsaslı çat-botu X (keçmiş Twitter) sosial şəbəkəsinə inteqrasiya etdi.
© technote.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay