Apple, əl ilə bütün ev cihazlarını idarə etməyə imkan verən texnologiyanı patentləşdirib
Keçən ilin sonunda Apple-nin keçmiş əməkdaşları tərəfindən qurulan Humane adlı şirkət AI Pin adlı yeni ovuc içi smartfon konsepti ilə çıxış etmişdi. Bunun ardınca Apple-nin ABŞ Patent və Ticarət Nişanları İdarəsindən oxşar cihaz üçün patent aldığı xəbərləri ortaya çıxıb. Məlumatlara görə, bu cihaz yaxa sancağı kimi taxıla və istifadəçiyə əl jestləri ilə yaxınlıqdakı digər cihazlardan istifadə etməyə imkan verə biləcək.
Apple-nin açıqlamalarına görə, ilk öncə smartfonlar və digər əlaqəli cihazlar istifadəçilərin daxil etdiyi məlumatları toplayır. Daha sonra isə, bu məlumatlara əsasən istifadəçilərə müəyyən xüsusiyyətlər təqdim edə bilir.
Yeni cihazda sensor ekran, mikrofon və dinamik olacağı bildirilir. Beləliklə, cihaz həm vizual, həm də audio formatda məlumatlar toplaya biləcək. Dinamik ilə səs çıxışı və ekranla vizual çıxış təmin edə bilən cihaz, həmçinin məkanın müəyyən edilməsi üçün də istifadə ediləcək. Bundan başqa, istifadəçinin seçiminə əsasən cihazın haptik əks əlaqəsinin də ola biləcəyi qeyd edilir.
Təxminən qəpik ölçüsündə olması planlaşdırılan bu texnologiyanın ilk mərhələdə daha istifadəyə yönümlü bir cihaz kimi olacağı görünür. Cihaz hələlik eyni zamanda yalnız bir proqramdan istifadəyə imkan versə də, gələcəkdə süni intellektin də inteqrasiya edilməsi gözləniləndir.
© technote.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay