BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7752
  • RUB
    1.6516
  • TRY
    0.0483
  • GBP
    2.1387
43318

Rəqəmsal texnologiyada başgicəlləndirici inkişaflara daha bir yenisi əlavə edilib.

Valyuta.az xəbər verir ki, indi kompüterlər süni intellekt tərəfindən dəstəklənən geyilə bilən cihazlar kimi də istifadə ediləcək. “Humane” tərəfindən hazırlanmış süni intellekt dəstəkli “Ai Pin” İspaniyanın Barselona şəhərində keçirilən Mobil Dünya Konqresində (MWC 2024) 100 mindən çox ziyarətçinin diqqətini çəkən məhsullardan biri olub.

“Ai Pin”in yaradıcıları tədbir boyu məhsulun imkanlarını nümayiş etdirib və iştirakçıların suallarını cavablandırıb. “Humane”, süni intellekt üçün sıfırdan qurulmuş proqram platforması və istehlakçı cihazını təklif edən ilk şirkətdir. İki keçmiş “Apple” işçisi tərəfindən qurulan “Ai Pin”in tərəfdaşları arasında “Microsoft”, “OpenAI”, “Qualcomm Technologies” və “T-Mobile” kimi nəhənglər var.

“Ai Pin” ağıllı cihazların ən vacib elementlərindən biri olan ekranı aradan qaldırmaqla diqqəti cəlb edir. Tək başına işləyə bilən, heç bir avadanlığa ehtiyac duymayan bu ağıllı cihaz, qol saatı ölçüsündə olduğu üçün asanlıqla daşına bilir. 

Komanda məhsulda əsasən məxfiliyə və məlumat təhlükəsizliyinə böyük əhəmiyyət verib və bu istiqamətdə funksiyalar əlavə edib. "Təhlükəsizlik işığı" adlanan xüsusiyyət sayəsində cihaz istifadə edilərkən fotoşəkillər, videolar və ya səslər qeydə alınırsa, ətrafdakı insanlar cihazın nə vaxt istifadə edildiyini izləyə bilsinlər deyə məlumatlandırılır. 


“Humane” və Cənubi Koreyanın ən böyük mobil telekommunikasiya şirkəti “SK Telecom” (SKT) “Ai Pin” və onun xüsusi “Ai” mərkəzli əməliyyat sistemi “CosmOS” üçün əməkdaşlıq edir.

“Ai Pin” istifadə edərkən ekran lazer mürəkkəblə əks olunan əllərlə əvəzlənir. İstifadəçilər menyuları, təcrübələri və s. əl jestləri vasitəsilə idarə edə bilərlər. Barmaqları açıb-bağlamaqla menyularda seçim etmək də mümkündür. Toxunma panelini tutarkən “Ai Pin”dən sadəcə, səslə hər şeyi soruşmaq mümkündür. Toxunma səthi iki barmaqla sıxılıb saxlanıldığı zaman tərcüməçi işə düşür. “Ai Pin” vacib məlumatları yadda saxlamaq üçün işə başlayır, mətnləri və zəngləri aktivləşdirir. Həmçinin sizə bilməli olduğunuz şeylərin mahiyyətini açıqlayır. Fəaliyyət və qidalanma məqsədlərini və irəliləyişləri izləyən “Ai Pin”, insanın və yeməyin xüsusiyyətlərini bildiyi üçün yemək yeyib-yeməmək barədə xəbərdarlıq edir. 

Bundan başqa cihaz səsli mesajları istədiyiniz şəxsə çatdırır. Ətrafında danışılan dili avtomatik aşkarlayan “Ai Pin” nitqi həmin dilə tərcümə edir, tərcüməçi kimi fəaliyyət göstərir və asan ünsiyyəti təmin edir.

“Ai Pin”i almaq üçün əvvəlcədən sifariş verənlər mart ayından etibarən cihazlarını almağa başlayacaqlar. Cihazın qiyməti 699 dollardan başlayır və aylıq 24 dollar abunə tələb olunur.

“Ai Pin” üçün alınmış xüsusi telefon nömrəsi ilə ABŞ daxilində limitsiz zənglər, mətn və məlumat köçürmələri edə, beynəlxalq nömrələrə limitsiz mesaj göndərmək mümkün olacaq. Ödənişli əlavələr beynəlxalq şəhərlərarası zənglər və beynəlxalq rouminq üçün də təklif olunur.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BOKT məhkəməyə verilib

"Səhmləriniz ucuzlaşanda axmaq qərarlar verəcəksinizsə, ümumiyyətlə almayın" - Baffetin zamansız məsləhəti

Yanvarın 1-dən "WhatsApp" 19 smartfon modelində işini dayandıracaq

"Star Park" cərimələnə bilər

94 yaşlı Baffet 2025-ci ilə rekord məbləğdə nağd pulla girir

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

"Azərbaycan Dəmir Yolları" "ATEF"i niyə məhkəməyə verib?

Dünyanın ən böyük çip istehsalçısı TSMC rekord qırdı

Süni intellektdə inqilab - Bir milyard dəfə daha sürətli texnologiya gəlir

Agentlik 10 ədəd evakuator alır - Biri 218 min manata

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə RENKİNQİ

Sabah bu ərazidə qaz olmayacaq

Bu QSC-yə 20 milyon ayrıldı - Sərəncam

Prezidentdən məhkəmələrlə bağlı Fərman

Sığorta şirkətlərinin yığımlarının SİYAHISI

Azərbaycanda macəra turizmi: Adrenalin sevənlər üçün bu imkanlar var

Qış təkəri seçərkən nəyə diqqət etmək lazımdır?

Sədr Aydan Rəcəbovanı rəis təyin etdi

Azərbaycanda nar istehsalında yaranan əsas çətinliklər açıqlanıb

"Kartdan karta" ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edildi

Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlir 15 milyard dolları keçib

"A-Qroup Sığorta”nın biznes itkiləri 2,2 milyon manata yaxınlaşıb

Bahalaşmaqda hətta bitkoini belə geridə qoyan məhsul

Xankəndi stadionunda işlər nə vaxt başa çatacaq? - Prezident AÇIQLADI

İlham Əliyev: Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq

Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)

"Bakısığorta" məhkəməyə verilib

“Ethereum”un gələcəyi necə olacaq? - “Matrixport”dan analiz

“Ethereum”un gələcəyi necə olacaq? - “Matrixport”dan analiz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin