Süni intellekt hava limanının işini 20% sürətləndirməyin yolunu tapdı
Lankaster Universitetinin İdarəetmə Məktəbinin britaniyalı tədqiqatçıları hava hərəkətinin idarə edilməsinə yeni yanaşma hazırlayıblar. Bu, süni intellekt (AI) texnologiyalarının istifadəsinə əsaslanır.
Valyuta.az xəbər verir ki, məqalə "Transportation Science" (TRSC) elmi jurnalında dərc olunub.
Rəqəmsal modelləşdirmə və optimallaşdırmanın kombinasiyasından istifadə edərək alimlər təyyarələrin eniş ardıcıllığını təyin etmək üçün daha yaxşı üsul tapıblar. Bu, sadə ilk gələn, ilk çıxan qayda ilə müqayisədə hava gecikmələrini 20%-dən çox azaldıb və bütün hava limanı əməliyyatlarında punktuallığı artırıb.
Tədqiqatçılar uçuş vaxtlarının gözlənilməz olması, uçuş gecikmələri, hava şəraiti və digər amillər səbəbindən hava limanının fəaliyyətinin qeyri-müəyyənliyə məruz qaldığını vurğulayıblar.
Təyyarələrin eniş ardıcıllığını optimallaşdırmaq üçün mövcud üsullar həmişə hava hərəkətinin təşkilinin bütün nüanslarını nəzərə almır. Alimlərin fikrincə, süni intellekt bu vəzifələrin öhdəsindən gələ bilər. Neyroşəbəkə çətin şəraitdə qərarların nəticələrini təhlil edir və ən yaxşı variantları təklif edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay