Oyun tərtibatçıları "Apple" ödənişlərindən şikayətlənirlər
Mobilegamer.biz-in jurnalistləri "Apple Arcade" oyun xidmətinin tərəfdaşları olan bəzi tərtibatçılarla söhbət edib və onun əsas problemləri haqqında məlumat toplayıblar.
Valyuta.az xəbər verir ki, ilk növbədə tərtibatçılar buraxılışlar üçün ödənişlərin azaldılmasından şikayətləniblər.
Studiyalardan birinin rəhbərinin sözlərinə görə, “Apple Arcade” işə salındıqdan dərhal sonra platformanın ödənişləri "səxavətli" olub və bir çox komandaların ayaqda qalmasına şərait yaradıb. Ancaq 2020-ci ildən etibarən ödənişlər azalmağa başlayıb və bu günə qədər azalmağa davam edir.
Eyni zamanda, tərtibatçılar potensial gəlirləri barədə qaranlıqda saxlanılır, çünki "Apple" qonorarların hesablanması düsturunu açıqlamayıb. Həmçinin, “Apple” platformanın inkişafı planları haqqında məlumatları açıqlamır və hətta vəziyyəti dəyişməyə cəhd də etmir, bu isə studiyanı çaşqınlıq içində qoyur.
Mobilegamer.biz-in həmsöhbətlərinə görə, "Apple Arcade" hazırda əsas diqqətini istifadəçilərə məşhur françayzinqlərdə ailə məzmunu təklif etməyə yönəldir. Layihələrdən bəziləri ya pulsuz oynaya bilən, ya da xidmət oyunlarıdır.
Sorğuda iştirak edən bəzi tərtibatçılar hesab edirlər ki, "Apple" çox güman tezliklə "Apple Arcade"ni bağlayacaq. Eyni zamanda, "Netflix"dən oxşar platformanın artan populyarlığı fonunda "Apple"ın xidməti yenidən başlatmaq planlarını bildirən komandalar da var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay