BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7752
  • RUB
    1.6516
  • TRY
    0.0483
  • GBP
    2.1387
42731

Amerikalı və çinli alimlər insanın barmaq izini təşkil edən papilyar xətlərin təsvirlərini səs analizi vasitəsilə bərpa edə bilən yeni üsulu hazırlayıblar. Hazırlanmış yeni üsul PrintListener adlanır və o, bu prosesi istifadəçi barmağının sensorlu ekran üzərində sürüşməsi zamanı yaranan səsin analizi hesabına reallaşdırır. Sistemlərin barmaq izi vasitəsilə qorunması texnologiyası günümüzdə geniş yayılıb və o, etibarlı təhlükəsizlik üsullarından biri hesab edilir. Əgər bu təhlükəsizlik sistemi hal-hazırki templə genişlənməyə davam etsə, 2032-ci ilə qədər barmaq izi vasitəsilə autentifikasiya həlləri bazarının dəyəri 100 milyard dollara yüksələcək. Bununla belə hakerlərin barmaq izlərini oğurlaya biləcəkləri ehtimalı günü-gündən artır.

Buna görə də istifadəçilərin çoxu fotolarda əl ovuclarını sərgiləməməyə çalışırlar. Məlum olub ki, bu mövzuda hakerlər barmaq izlərinin əks olunduqları fotodan deyil, barmağın sensorlu ekran üzərində sürüşdürülməsi zamanı yaranan səsdən istifadə edə bilərlər. Bu cür kiberhücumu reallaşdırmaq üçün haker ilk növbədə mikrofonu aktiv olan mobil cihaza giriş imkanını əldə etməlidir. Daha sonra isə istifadəçinin sürüşdürmə hərəkətinin tez-tez reallaşdırıldığı Discord, Skype, WeChat və FaceTime kimi tətbiqlərdən istifadə etməsi lazımdır.

PrintListener adlı yeni kiberhücum növünü hazırlamış mütəxəssislər bir sıra maneələrdən keçməli olublar. Barmağın sensorlu ekran üzərində sürüşdürülməsi zamanı yaranan zəif səs problemini onlar spektral analiz üsulu ilə həll ediblər.

Bununla yanaşı onlar istifadəçinin fizioloji və davranış özəlliklərini nəzərə alıblar və statistik analizi reallaşdıraraq evristik (evristika - həqiqətin müvafiq köməkçi suallar vasitəsilə aşkar edilməsini nəzərdə tutan tədqiqat və ya təlim üsulları) axtarış alqoritmlərini hazırlayıblar.

Nəticədə mütəxəssislər PrintListener səs analizi texnologiyası vasitəsilə sintetik barmaq izlərini bərpa edə biliblər. Məlumatda qeyd edilib ki, bu üsul dörd mümkün haldan birində barmaq izlərini qismən bərpa etməyə, on haldan birində isə barmaq izlərini tamamilə bərpa etməyə imkan verib.

© technote
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Qızıl və gümüşün bahalaşması davam edir

Ağdamda yeni yaşayış binaları tikiləcək - 23,7 milyonluq LAYİHƏ

Əməkhaqqı, pensiya və müavinətlərlə bağlı yeni xəbər (VİDEO)

Neftimizin qiyməti 75 dolları ötüb

Türkiyə şirkətinin Azərbaycandakı nümayəndəliyi bağlanır

Avro, lirə və rubl bahalaşdı - Məzənnə

Qlobal brendlər bugünkü vəziyyətə necə gəliblər? - 10 böyük şirkətin qurulma hekayəsi - SƏHƏR OXUSU

Qlobal brendlər bugünkü vəziyyətə necə gəliblər? - 10 böyük şirkətin qurulma hekayəsi - SƏHƏR OXUSU

Məşğulluq Agentliyi bu şəxlərə təlim keçəcək - Yarım milyon manat ayrılıb

Mərkəzi Bank "Magic Povvder"i nədə ittiham edir?

Çinlə ABŞ arasında "çip müharibəsi" davam edir

Sosial Xidmətlər Agentliyinin 2, 3 milyonluq tenderi ləğv edildi

Trampın yaratdığı yeni böhran: "Panama kanalı" və tarixi - "Bloomberg"

"Belarus Ticarət Evi" QSC inzibati məsuliyyətə cəlb edilib

"ABC-Telecom" məhkəmə qarşısında

Hindistan neft emalı zavodları Rusiya neftini əvəz edəcək variantlar axtarır

"xAI", investorlarından 6 milyard dollar topladı

Səhiyyənin Təminatı Mərkəzi 1,8 milyonluq mebel alacaq

BOKT məhkəməyə verilib

"Səhmləriniz ucuzlaşanda axmaq qərarlar verəcəksinizsə, ümumiyyətlə almayın" - Baffetin zamansız məsləhəti

Yanvarın 1-dən "WhatsApp" 19 smartfon modelində işini dayandıracaq

"Star Park" cərimələnə bilər

94 yaşlı Baffet 2025-ci ilə rekord məbləğdə nağd pulla girir

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

"Azərbaycan Dəmir Yolları" "ATEF"i niyə məhkəməyə verib?

Dünyanın ən böyük çip istehsalçısı TSMC rekord qırdı

Süni intellektdə inqilab - Bir milyard dəfə daha sürətli texnologiya gəlir

Agentlik 10 ədəd evakuator alır - Biri 218 min manata

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin