BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7752
  • RUB
    1.6516
  • TRY
    0.0483
  • GBP
    2.1387
42399

Almaniyanın nəhəng bankı "Deutsche Bank", ABŞ-ın 7 ən böyük şirkətinin hazırda makroiqtisadi bir fenomenə çevrildiyini və bu "yeddilik qrup"un bütün aktiv siniflərinə mümkün təsirləri olduğu barədə xəbərdarlıq edib.

Valyuta.z xəbər verir ki,  "Deutsche Bank"ın dərc etdiyi hesabatda ABŞ-ın "Möhtəşəm 7-lik"  (Magnificent 7) adlanan 7 ən böyük şirkətinin bazar dəyəri baxımından böyüklüyünə diqqət çəkilib, bu şirkətlər qrupunun təsirlərinin hazırda makroiqtisadi səviyyəyə çatdığı qeyd edilib. 

Hesabatda, bu il bazarda müşahidə edilən güclü performansın əksəriyyətinin bir neçə böyük səhmlə bağlı olduğu, bunun investorlar üçün yeni bir xəbər olmadığı, lakin bu 7 şirkətin S&P 500 İndeksinə nə dərəcədə təsir etdiyinin daha dərin araşdırılması lazım olduğu qeyd edilib. Hətta bu vəziyyətin makroiqtisadi fenomenə çevrilə biləcəyi vurğulanıb.

"Möhtəşəm 7" adlanan Apple, Alphabet, Amazon, Meta, Microsoft, Nvidia və Tesla səhmləri 2023-cü ili güclü şəkildə başa vurduqdan sonra bu il S&P 500-ü 5 faizdən çox artıran əsas qüvvə olub. Xüsusilə, süni intellekt sahəsində investorların çılğınlığı, çip istehsalçısı Nvidia və Meta kimi süni intellektlə güclü məşğul olan texnologiya şirkətlərinə bir neçə həftə ərzində ikirəqəmli faiz artımına nail olmağa kömək edib.

Oxşar vəziyyət sonuncu dəfə "Böyük Depressiya"dan əvvəl görülüb

Bank qeyd edib ki, bu səhmlərin bazar dəyəri S&P-dəki digər 493 şirkətdən daha sürətli artıb və indeksdə 7 şirkətin təmərküzləşməsi (xüsusi çəkisinin artması) baş verir. "Deutsche Bank"ın strateqi Cim Reidin sözlərinə görə, bu qədər az sayda səhmlərin belə bir dəyərə və xüsusi çəkiyə malik olduğu bir dövrü görmək üçün geriyə - 1929-cu il böhranına baxmaq lazımdır. 

Reid qeyd edir ki, bu səviyyələrdə birja təmərküzləşməsi anomaliyadan (normadan kənara çıxma) daha çox şeydir: bu bir neçə şirkətin taleyinin ümumi etibara və bazara nə qədər təsir etdiyini nəzərə alsaq, makroiqtisadi qiymətləndirmə tələb edir.

"Deutsche Bank"ın strateqi bildirib: "Möhtəşəm Yeddilik" səhmlərinin son aylar və hətta illərdəki performansının makro mühitə böyük təsir göstərdiyinə şübhə yoxdur. Onların bazar üstünlüyü olmasaydı, ABŞ fond bazarı və qlobal inam çox fərqli görünərdi. Öz növbəsində, onların gələcək performansı, ehtimal ki, qlobal aktivlərin əksəriyyətinə müəyyən dərəcədə və ya bəlkə də böyük ölçüdə təsir göstərəcək."

Bank, "Magnificent 7"nin ümumi bazar dəyərinin dünyanın ikinci ən böyük milli fond bazarını yarada biləcəyini və iqtisadiyyatının həcminə görə 4-cü yerdə olan Yaponiyadan iki dəfə böyük olduğunu vurğulayıb.

Artım FED-in mümkün faiz endirimi ilə davam edə bilər

Bundan əlavə, ekspertlər, FED-in bu il faiz dərəcələrini aşağı salması ilə "Möhtəşəm 7"nin çəkisinin daha da arta biləcəyini və bunun da birja qrupunu daha da diqqət mərkəzində saxlaya biləcəyini vurğulayırlar.

İstiqraz gəlirləri aşağı düşdükdə birjaya meylin daha yüksək olduğunu vurğulayan bank, FED-in faiz artımında zirvəyə çatdığını və 2008-09-cu il maliyyə böhranından bəri 10 illik ABŞ istiqrazlarının gəlirliliyinin ən yüksək səviyyəsinə yüksəldiyini bildirib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşıdakı aylarda faiz dərəcələrini aşağı salması ilə istiqraz faizlərində azalma gözlənildiyini qeyd edib.

Böyümə və gələcək illərdə daya yüksək qazanc proqnozlarına görə, "Möhtəşəm 7"nin bazar dəyərini daha da artıra bilər. 

"Deutsche Bank" hesabatında "Möhtəşəm 7"nin davamlı böyüməsini dəstəkləyən və ya ona mənfi təsir edə biləcək bir sıra amilləri də müəyyən edib. Birinci qrupa nikbinlik daxildir ki, bu səhmlər qrupunun qlobal əhatə dairəsi və yüksək innovasiya gücü var, onların qazancı artıq bir çox böyük ölkələrin gəlirlərini üstələyir, ABŞ-ın dəstəyinə malikdir və süni intellekt hələ başlanğıc mərhələsindədir. İkinci qrupa “Böyük Texnologiya”ya qarşı tənzimləyici addımlar və süni intellektə qarşı ictimai nəzarət, geosiyasi risklər və "Möhtəşəm Yeddiliyə" qarşı dönə biləcək sürətli texnologiya dəyişiklikləri ilə bağlı bədbinlik daxildir. (Marja)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Səhmləriniz ucuzlaşanda axmaq qərarlar verəcəksinizsə, ümumiyyətlə almayın" - Baffetin zamansız məsləhəti

Yanvarın 1-dən "WhatsApp" 19 smartfon modelində işini dayandıracaq

"Star Park" cərimələnə bilər

94 yaşlı Baffet 2025-ci ilə rekord məbləğdə nağd pulla girir

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

10 illik "Lilium" startapının sonu: 1.000 işçi işdən çıxarıldı

"Azərbaycan Dəmir Yolları" "ATEF"i niyə məhkəməyə verib?

Dünyanın ən böyük çip istehsalçısı TSMC rekord qırdı

Süni intellektdə inqilab - Bir milyard dəfə daha sürətli texnologiya gəlir

Agentlik 10 ədəd evakuator alır - Biri 218 min manata

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə RENKİNQİ

Sabah bu ərazidə qaz olmayacaq

Bu QSC-yə 20 milyon ayrıldı - Sərəncam

Prezidentdən məhkəmələrlə bağlı Fərman

Sığorta şirkətlərinin yığımlarının SİYAHISI

Azərbaycanda macəra turizmi: Adrenalin sevənlər üçün bu imkanlar var

Qış təkəri seçərkən nəyə diqqət etmək lazımdır?

Sədr Aydan Rəcəbovanı rəis təyin etdi

Azərbaycanda nar istehsalında yaranan əsas çətinliklər açıqlanıb

"Kartdan karta" ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edildi

Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlir 15 milyard dolları keçib

"A-Qroup Sığorta”nın biznes itkiləri 2,2 milyon manata yaxınlaşıb

Bahalaşmaqda hətta bitkoini belə geridə qoyan məhsul

Xankəndi stadionunda işlər nə vaxt başa çatacaq? - Prezident AÇIQLADI

İlham Əliyev: Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq

Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)

"Bakısığorta" məhkəməyə verilib

“Ethereum”un gələcəyi necə olacaq? - “Matrixport”dan analiz

“Ethereum”un gələcəyi necə olacaq? - “Matrixport”dan analiz

Pulla bağlı yanlış düşüncələr - Qazancı düzgün idarə etməyin 6 üsulu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin