\"Nokia\" zavod işçiləri üçün süni intellekt köməkçisini istifadəyə verdi
Finlandiyanın "Nokia" texnologiya şirkəti sənaye işçiləri üçün nəzərdə tutulmuş generativ süni intellekt (AI) aləti "MX Workmate" təqdim edib.
Valyuta.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Təsvirə əsasən, "MX Workmate" insanları nasaz avadanlıqlar barədə xəbərdar edə, iş proseslərinin optimallaşdırılması üzrə məsləhətlər verə, avadanlığın vəziyyətinə nəzarət edə və fövqəladə hallar və insidentlər zamanı təlimat verə biləcək.
"Nokia" "MX Workmate"nin təcrübəsiz işçilərin təlimini sürətləndirəcəyini gözləyir, çünki bəzi istehsalçılar artıq ixtisaslı kadr çatışmazlığı ilə üzləşirlər.
"MX Workmate" hazırda yalnız məhdud əsasda mövcuddur, çünki müştərilərin AI alətini sınamaq və sənayelərinə uyğunlaşdırmaq üçün vaxt lazım ola bilər. "Nokia" qeyd edib ki, neyron şəbəkə əməliyyat texnologiyaları qaydalarına uyğundur. Neyroşəbəkələrin sənaye müəssisələrində tam tətbiqi növbəti ildən bir il yarıma qədər gözlənilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay